Arif Nihat Asya
Arif Nihat Asya (7 fevral 1904, İstanbul — 5 yanvar 1975, Ankara) — Türkiyəli şair.
Arif Nihat Asya | |||
Doğum tarixi | 7 fevral 1904 | ||
Doğum yeri | Çatalca ilçəsi | ||
Vəfat tarixi | 5 yanvar 1975 | ||
Vəfat yeri | Ankara | ||
Dəfn yeri | Qarşıyaxa qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın.
B
redaktə- Bir quş yuvası iki quş üçün kifayətdir.
- Bir saçı sığallamaz, bir alını sərinlətməz, bir yelkəni şişirməz, bir ətəyi havalandırmazsan. Neyləyim sənin kimi küləyi?
- Boyağına güvənən xalçalar günəşdən qorxmaz.[1]
- Bu kitabın neçə dəqiqədə oxunduğunu burax, neçə ildə yazıldığını düşün.
- Bütün dualarımızda uzun yaşamaq arzusu var.
D
redaktə- Divarda bir çat açmağa bir daşın köhnəlməsi yetər.
Ə
redaktə- Ən böyük ağrılı, ağrıtmaz zəncirlərin ağrısıdır; köləliyi qəbul etmənin, baş qaldırmaqdan imtina etmənin ağrısıdır.
G
redaktə- Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma.
İ
redaktə- İnanmaq; pillələrin çıxa bilmədiyi yerə qanadlarınla dırmaşmaqdır.
- İşığı önündə tut get. Kölgə arxanca istər gəlsin, istərsə də gəlməsin.
Q
redaktə- Qələmini bir silah kimi deyil, bir qaşıq kimi tut yoxsa aç qalarsan. Deyirdi bir kitabında.
O
redaktə- O da veteran olmaq istəyirdi. Amma ona başa salmaq lazımdı ki, şəhid olmağa cəsarət etməyən qazi ola bilməz.
S
redaktə- Su içən quşu hər qurtumda dimdiyini göylərə qaldıraraq Allaha şükr edən gördüm.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.169