Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə. Rus atalar sözləri
Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
Arvad adamı evə gələr, kişi adamı evdən gedər. Kürd atalar sözləri
Arvad ağıllı olsa, ailə güclü olar. Rus atalar sözləri
Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. Vissarion Belinski
Arvad düşünən işi kişi görər. Amxar atalar sözləri
Arvad evinə girənin qapısı alçaq olar. Azərbaycan atalar sözləri/A
Arvad iki olanda ev süpürülməmiş qalar. Azərbaycan atalar sözləri/A
Arvad ilə at igidin baxtına. Azərbaycan atalar sözləri/A
Arvad qohumu süfrə başında, kişi qohumu tabut başında. Assuri atalar sözləri
Arvad qohumu yuxarı başda, kişi qohumu - qapı yanında. Qırğız atalar sözləri
Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da. Azərbaycan atalar sözləri/A
Arvad malı başa toxmaq kimi dəyər. Azərbaycan atalar sözləri/A
Arvad ölsə - taparsan, ağlın itsə - batarsan. İndoneziya atalar sözləri
Arvad seçərkən özündən biliksizini, dost seşərkən özündən biliklisini seç. Çin atalar sözləri
Arvad tutan yolun axırı yoxuşa qalxar. Azərbaycan atalar sözləri/A
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. Azərbaycan atalar sözləri/A
Arvad var - arvaddır, arvad var - dərd-qəmdir, arvad da var - yaraya məlhəmdir. Kürd atalar sözləri
Arvad var ev yığar, arvad var ev yıxar. Azərbaycan atalar sözləri/A
Arvadı ahıl gözüylə, atı - cahil gözüylə. Azərbaycan atalar sözləri/A
Arvadı bəd olanın saqqalı tez ağarar. Azərbaycan atalar sözləri/A
Arvadı əri saxlar, pendiri dəri. Azərbaycan atalar sözləri/A
Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof... Sokrat
Arvadı qırmızı tuman geyməmiş ələ al. (Qırmızı tuman Koreya qadınlarının toy paltarıdır). Koreya atalar sözləri
Arvadın axır hiyləsi ağlamaqdır. Azərbaycan atalar sözləri/A
Arvadın biri - əla, ikisi - bəla. Azərbaycan atalar sözləri/A
Arvadın deyingəni kişini tez qocaldar. Azərbaycan atalar sözləri/A
Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
Arvadın isməti, ərin izzəti. Azərbaycan atalar sözləri/A
Arvadın yaxşısı - səadətin yarısıdır. Qırğız atalar sözləri
Arvadını istəməyən kişiyə lap milliküri də şit gələr. (Millikür - Hindistanda xörəyə qatılan duzlu ot) Teluqu atalar sözləri
Arvadla küsüşmək bıçaqla su kəsmək kimidir. Koreya atalar sözləri
Arvadsız ev, susuz dəyirman. Azərbaycan atalar sözləri/A
Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at qapında varsa, qaldır at. Çin atalar sözləri
Ev bir məmləkətə bənzəyir, evdar arvad isə onun padşahına. Yusif Vəzir Çəmənzəminli
Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz filosof olarsınız. Sokrat
Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır. Bernard Şou : İngilis yazıçısı
Filosoflar deyiblər ki, yaxşı qadın ana, dost və kəniz, pis arvad isə zalım, düşmən və oğrulara oxşayar. Nəsirəddin Tusi
Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur. Xalid Hüseyni
İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar. Ərəb atalar sözləri
Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün. Gi de Mopasson
Tək canımla varlı və dəbdəbəli həyat sürməkdənsə, arvadımla birgə yoxsul yaşamağı üstün tuturam. Artur Bullard