Assuri atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acını yeməyən şirinin qədrini bilməz.
  • Adamı tanımaq üçün onunla özü ağırlıqda duz yemək lazımdır.
  • Axmaq danışanda arif susur.
  • Axmaqlar olmasaydı. ağıllılara baxan olmazdı.
  • Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
  • Ağacın barı nə qədər çox olsa, torpağa bir o qədər çox əyilər.
  • Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi.
  • Ağrımayan başa dəsmal nə lazım.
  • Alim ər filosof kimi danışar, səfeh kimi yaşar.
  • Allah eşşəyi tanıyırmış ki, buynuz verməyib.
  • Allah onun ömründən kəsib ağlına calasın.
  • Allah uca dağlara baxır və onlara əbədi qar bağışlayır.
  • Alma alma yanına düşər.
  • Ancaq oğrudan soruşurlar ki: "bu şey səndə haradandır?".
  • Arvad qohumu süfrə başında, kişi qohumu tabut başında.
  • Assurilər uzun söhbətdən sonra hökmən qohum çıxırlar.
  • Ayağının altına baxan yıxılmaz.
  • Az çətinlikdən qaçan, çox çətinliyə tuş olar.
  • Balaca adam böyük yuxular görər.
  • Balaca daş böyük başı dağıdar.
  • Balıq başdan iylənər.
  • Baş olsun, papağı Bağdaddan gətirərlər.
  • Bayquş da elə bilir balası gözəldir.
  • Birinin qarnına vurdular: "Vay arxam" — dedi.
  • Biz olmayan cənnətdə istəyir lap ulaq anqırsın.
  • Böhtançı şeytanın dostudur.
  • Buğa yıxılanda bıçağı itiləyərlər.
  • Bütün quşların kəkliyi görməyə dözü yoxdur, kəkliklərin də bir-birini.
  • Çağırılmamış qonaq hörmət gözləməz.
  • Çıraq — dibinə işıq salmaz.
  • Çox istəyən azdan olar.
  • Daş — düşdüyü yerdə ağır olar.
  • Diri tülkü ölü şirdən qiymətlidir.
  • Dost sənə düşmən olub sonradan sənə dost görünmək istəyirsə, onu özünə düşmən bil.
  • Dostluq qanunsuz və qılıncsız hökm eləyir.
  • Dovşana "qaç", tazıya "tut" dedilər.
  • Düşməni əvvəlcə vur, sonra dostlaş.
  • Düz yerdə su sakit axır.
  • Elə it yoxdur ki, ölü şirdən qorxmasın.
  • Ər ilə arvad bir torpaqdan yoğrulub.
  • Əzrayıl axsaq ulaq kimidir — hər qapıda dayanır.
  • Əzrayıl gələndə hərə özünə ağlayar.
  • Əzrayıl gəlib ağanın canını almağa, o isə deyir: "Nökərim tövlədədir".
  • Gecə gətirdiyini qoy gündüz gətirsin — hamı da görsün.
  • Gəzəyən adam büdrəyər.
  • Gəzəyəni it qapar.
  • Gödək adam hündür qapıdan keçəndə başını əyər.
  • Gödək adamın ürəyindən gündə üç dəfə şahlıq keçər.
  • Güclü əli öp və qoy gözünün üstünə.
  • Gülüş gülüş gətirər, qəm də qəm.
  • Hər enişin bir yoxuşu var.
  • Hər şeyi ağuşa alarsan — hər şeydən olarsan.
  • Hərə öz evində şahdır.
  • Həyasızın üzünə tüpürdülər, dedi: "yaz yağışıdır".
  • Həyatı necə başlarsan, elə də gedər.
  • Xəncər yarası gedər, söz yarası — yox.
  • Xəsis acından ölər, varlı toxundan.
  • Xoruz zibili eşə-eşə özünü göstərər.
  • İki adam arasında sirr o zaman qalar ki, biri ölmüş ola.
  • İki nəfər deyirsə ki, "sərxoşsan" — yıxıl yat.
  • İlahi, bir əli o birisinə möhtac eləmə.
  • İlan düşmənlə bacarmayanda, özü özünü çalar.
  • İlan necə qıvrılsa da, yuvasına düz gedər.
  • İlanın yarpızdan zəhləsi gedər, yarpız da yuvasının ağzında bitər.
  • İnsan Allahın kölgəsidir, qul insanın kölgəsidir, padşah isə Allahın surətidir.
  • İşi zorla yox, ağılla görərlər.
  • İt — it əti yeməz.
  • İt nə qədər bərk qaçsa da, yenə ev yiyəsindən sonra gələcək.
  • İti ova güclə apararsan, bir xeyri dəyməz.
  • Kasıb acından ölər, varlı — qorxusundan.
  • kasıb qohumun üzü gülər olmaz.
  • Keçinin qoturu suyu bulağın gözündən içər.
  • Keçinin ölümü çatanda, çobanın çomağına sürtünər.
  • Kim eşşək olar, biz də onun palanı.
  • Kor Allaha necə baxırsa, allah da kora elə baxır.
  • Kor ölənə kimi elə bilirgözləri acılacaq.
  • Köhnə qar ancaq uca dağlarda qalar.
  • Külək əkən, tufan dərər.
  • Qabaqda oturma ki, arxaya keçirməsinlər.
  • Qan suya dönməz.
  • Qaşların çatdı — dostlarını dağıtdı.
  • Qazan dedi: "Dibim qızıldır", çömçə dedi: "indicə ordan gəlirəm".
  • Qazanın başında iki aşpaz duranda xörək yanar.
  • Qeyrəti itə atdılar, yemədi.
  • Qəssab duranda onun yerini it tutar.
  • Qohum qohumun ətini də yesə, sümüyünü yeməz.
  • Qonşuya quyu qazan özü düşər.
  • Qurbağanın gözünə tüpürdülər, o isə dedi: "Mənim yerim su içidir".
  • Qurd çovğunu sevər.
  • Qurd dəyməyən ağac min il yaşar.
  • Qurd qocalanda itlərə gülünc olar.
  • Qurdun balası qurd olacaq — insan əlində böyüsə də.
  • Lax yumurta batmaz.
  • Mal yiyəsinə oxşar.
  • Malın pisi sahibinə qayıdar.
  • Meşə çaqqalsız, səhra quzğunsuz olmaz.
  • Mədəsi tox yatan qarışıq yuxular görər.
  • Məhəbbət birdir, amma iki ürəkdə yaşayır.
  • Məhəbbət birdir, iki ürəyi fəth edir.
  • Məhəbbət qocadır, cavan kimi danışır.
  • Məzəli adam mızı adamı xoşlamaz.
  • Müdrik adam biliyinə görə tanınar, nəslinə görə yox.
  • O hələ ayağı ilə qapı açmayıb.
  • Oğru ev yiyəsi ilə dilbir olsa, buğanı pəncərədən aparar.
  • Onda doğru deyir ki, yalan daha qurtarmış olur.
  • Onu kənddən qovurlar, o isə: "Mənim şeylərimi kəndxudanın evinə daşıyın" — deyir.
  • Ölüm tüstüdür, iynə ulduzuysa yerdən də keçər.
  • Rahat olmaq istəyirsənsə, nə borc al, nə borc ver.
  • Sən düzünü de, sonra istəyirlap göylər uçulsun.
  • Sirkə tünd olsa qabını çatladar.
  • Su bütün dəyirmanı aparıb, sən də soruşursan: "navalça hanı?".
  • Tayfada bir müdrik min varlıdan artıqdır.
  • Tənbəl gün batanda başlar işə.
  • Tənbəlin mədəsi tox olmaz.
  • Tənbəllik yoxsulluğun anasıdır.
  • Toyuq küllükdə nə qədər çox eşələnsə, başına bir o qədər çox kül töküləcək.
  • Tülkü aldadınca, şir parçalasa yaxşıdır.
  • Ulağa dedilər: "qoduğun oldu" -dedi: "yüküm artdı".
  • Ürək odu başdan tüstü buraxar.
  • Vurağan inək bütün naxırın adını batırır.
  • Yaxın qonşu uzaq qardaçdan irəliddir.
  • Yara sağalar, yeri qalar.
  • Yaş odun qurunun oduyla yanar.
  • Yay kasıblar üçün, qış varlılar üçündür.
  • Yekə baş ayaqlara yükdür.

Mənbə

redaktə
  • Dünya xalqlarının atalar sözləri. Bakı,2015