Azərbaycan musiqisi

Azərbaycan musiqisi — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır.

Musiqi haqqında sitatlar

redaktə
  • Biz Azərbaycanı Nizaminin və Rostropoviçin vətəni kimi tanıyırdıq, indi isə Firəngiz Əlizadənin musiqisinə görə sevirik. [1]
    • Qreq Dubinski, amerikalı musiqişünas.
  • Bizdə bir çox təsnif və el mahnıları vardır ki, onların havaları yalnız üç tonun kombinasiyasından əmələ gəlir. [2]
  • Şikəstə və bayatıya aşıq dəstəsinin dəstgahı demək olar. Çünki bu növ musiqi təğənnisi əsil onların sənətidir. [3]
    • Üzeyir Hacıbəyov, Azərbaycan bəstəkarı
  • Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər. [4]
    • V. Vinoqradov, akademik

İstinadlar

redaktə
  1. [1]FİRƏNGİZ ƏLİZADƏ - MÜASİR AZƏRBAYCAN MUSİQİSİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ
  2. Ü.Hacıbəyov, 1965, s.242
  3. Ü.Hacıbəyov, 1965, s.242
  4. V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938 səh. 9.