Əbül Fərəc

(Bar Ebrey səhifəsindən yönləndirilmişdir)

Əbül Fərəc ibn Harun (1226-1286)- Marağa rəsədxanasında da çalışmış xristian mənşəli Suriya tarixçisi, yakovit patriarx, xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan Yuhanna Qriqori - Qərb mənbələrində işlədiyi rəsədxananın adı ilə - Bar-Ebrey, Şərq mənbələrində isə Əbül Fərəc ibn Harun adı ilə tanınır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan, ən qiyməli daşı salıb itirə bilərsən, ən sadə biliyi səndən heç kəs ala bilməz.
  • Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar.
  • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan sözü ilə yoxlayarlar.
  • Həddindən artıq canfəşanlıq olan yerdə yalan olur.
  • Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur.
  • Həzm olunmayan yemək onu yeyən adamı yeyir.
  • Hiyləgər adam sıyrılmış qılınca bənzəyir.
  • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur...
  • O adam ki, özünə lazım olduğundan artıq pul yığmağa can atır, o, pulu özgəsi üçün yığır.
  • Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur.
  • Özünü ləyaqətlə aparan adam vicdan əzabından azaddır. [1]
  • Təlim ağıllı adamın ağlını artırar.
  • Səbirsizlik və laqeydlik yalnız hərəkətlərdə deyil, həm də sözdə də özünü göstərir.
  • Sərxoşluq - bütün pis adətlərin anasıdır.
  • Suyun çoxluğu əkinə zərər verdiyi kimi, yeməyin də çoxluğu bədənə zərər verir.
  • Yaxşı yuxu, yumşaq qarın və tərləmə - uzun ömrün şərtləridir.

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.127