Bencamin Franklin - (17 yanvar 1705-17 yanvar 1790) - dövlət xadimi, alim-marifçi, azadlıq uğrunda Müharibənin iştirakçısı, ABŞ-ın azadlıq Deklarasiyasının (1776) müəlliflərindən biri və ABŞ Konstitusiyasının (1787) müəlliflərindən biri.
Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadıla bilər.
Bilgiyə edilən investisiya ən yüksək xeyir gətirər.
Bir bu gün iki sabaha dəyər!
Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.
Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.
Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.
Biz adət-ənənələri bizimkindən fərqli olanlara barbar deyirik.
Borc verənlərin yaddaşı borc alanların yaddaşından qat-qat yaxşı olur.
Boş bir çuvalın ayaqda qalması çətindir.
Boş zamanın hər saniyəsindən yararlanmağa çalış; itirilmiş zamanı pul gücünə belə qaytara bilməzsən.
Böyük dünyəvi hadisələr, inqilablar və s. siyasi partiyalar tərəfindən həyata keçirilir... Partiya ümumi məqsədləri həyata keçirdiyi halda, partiyadan kənarda olanlar öz xüsusi, şəxsi mənafelərini güdürlər... Partiya öz əsas məqsədinə çatan kimi onun hər bir üzvü də öz şəxsi mənafeyi qeydinə qalmağa başlayır, bununla da o, öz həmkarları ilə ziddiyyətə girmiş olur və partiyada parçalanma baş verir, bu da daha böyük hərc-mərcliyə səbəb olur... İctimai fəaliyyətlə məşğul olanların çox az hissəsi yalnız öz ölkəsinin mənafeyi haqqında düşünür.
Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asandır!
Bu günü görmək, gələcəyi görməkdən daha asandır.
Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
İqlim üçün cənnətə, şirkət üçün isə cəhənnəmə gedin.
İlk arzunu yenmək onu təqib edən digərlərini qane etməkdən daha asandır.[1]
İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[2]
İnsan yediyinin hesabına yox, həzm etdiyinin hesabına yaşayır. Bu qayda həm ağıla, həm də bədənə aiddir.
İnsanın özünün cahil olduğunu dərk etdiyi an, elmə doğru atdığı ilk addımdır.
İnsanın məqsədi insanlıqdır.
İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu.
İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.
İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir.
Mən sülh içində yaşamaq və “yaxşı yaşamaq üçün görünmədən yaşamalısan” devizi altında başladığım həyatı davam etdirmək istəyirəm.
Mənə deyin və unuduram. Mənə öyrət və xatırlayıram. Məni cəlb edin və öyrənirəm.
Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.
Müharibənin yaxşısı, sülhün də pisi yoxdur.
Müvəqqəti rahatlığı üçün azadlığın fəda edənlər, nə azadlığı nə də rahatlığı qazanar.
Şahmat oyunu sadəcə boş bir əyləncə deyil; insan həyatında faydalı olan bir neçə çox qiymətli zehni keyfiyyətlər onun vasitəsilə əldə edilməli və gücləndirilməlidir ki, bütün hallarda hazır olan vərdişlərə çevrilsin, çünki həyat bir növ Şahmatdır və bizim tez-tez rastlaşacağımız məqamlar, mübarizə aparacağımız rəqiblər, çoxlu sayda yaxşı və pis hadisələr var. Biz onlarla qarşılaşmaq üçün hazır və ehtiyatlı olmalıyıq. Şahmat oynayaraq, biz nə öyrənə bilərik: 1-ci - bir az gələcəyə baxan və baş verə biləcək nəticələri nəzərə alan Uzaqgörmə... 2-ci - Şahmat taxtasını və ya hərəkət səhnəsini tədqiq edən Ehtiyatlılıq:— bir neçə Parçanın (variantın) əlaqəsi və onların vəziyyətləri; … 3-cü, Diqqət: hərəkətlərimizi çox tələsik etməməyək...
Şərabda müdriklik, pivədə azadlıq, suda isə bakteriya var...
Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
Ya dəyərli bir şey yaz, ya da yazmağa dəyər bir şey et.
Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.
Yaxşı bir reputasiya yaratmaq üçün çoxlu yaxşı əməllər lazımdır, onu itirmək üçün isə yalnız bir pislik lazımdır.
Yeni Konstitusiyamız artıq təsbit olunub və daimilik vəd edən görkəmə malikdir; lakin bu dünyada ölüm və vergilərdən başqa heç bir şeyin qəti olduğunu söyləmək olmaz.
Yeni Konstitusiyamız artıq təsbit olunub və daimilik vəd edən görkəmə malikdir; lakin bu dünyada ölüm və vergilərdən başqa heç bir şeyin qəti olduğunu söyləmək olmaz.Bencamin Franklin