Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu.
Bernar Verber
|
|
Doğum tarixi |
18 sentyabr 1961
|
Doğum yeri |
Tuluza, Fransa
|
|
- Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr.
- Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır.
- İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür.
- İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar.
- İntuisiyanın səsini eşitmək üçün ağılı susmağa məcbur etmək lazımdır.
- Reallıq - sən ona inanmayandan sonra belə davam edən bir haldır.