Bilgə xaqan
Bilgə xaqan (çin. 阿史那默棘連; 683 – 734 və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı.
Bilgə xaqan | |||
Doğum tarixi | 683 | ||
Vəfat tarixi | 734, 25 noyabr 734 | ||
Vəfat yeri | Ötüken | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağlın bəzəyi dildir, dilin bəzəyi sözdür. İnsanın bəzəyi üzdür, üzün bəzəyi gözdür. İnsan öz sözünü dili ilə söyləyər; əgər sözü yaxşı olarsa, üzü nur saçar.
B
redaktə- Bir çox cahillər bu sözlərə aldandılar və ora gedib öldülər. O yerlərə çatsan, ey türk xalqı, öləcəksən! Ötükəndə qalıb ora karvan və karvan göndərsəniz, heç bir probleminiz olmayacaq. Ötükən meşəsində otursan, əbədi bir vilayət tutaraq oturarsan. Dolu olacaqsınız! Ey Türk Milləti! Ac olanda toxluğun nə olduğunu bilmirsən, amma tox olanda aclıq haqqında düşünmürsən! Sən belə olduğun üçün səni izzətləndirən xanının sözünə əməl etmədin. Onun sözünü qulq]aq ardına vuraraq ordan-bura getdin. O yerlərdə yorulmusan. Qalanlarınızla birlikdə ölü kimi gedirdiniz, getdikcə zəifləyirdiniz...
- Bu vəziyyətdən Çin xalqı faydalandı. Ağıllı, hiyləgər Çin xalqı qardaşı qardaşa, milləti bir-birinə qarşı qoydu. Bu tələyə düşən türk milləti vilayətdə tutduqları torpaqlardan əl çəkmiş, ələ keçirdikləri xaqanı da itirmişdir. Soylu kişilərin oğulları Çin xalqının quluna, kiçik qızları isə cariyəyə çevrildi. Bəzi türk bəyləri türk adını tərk edərək çin adları almağa başladılar. Onlar Çin xanının qarşısında baş əydilər. Düz əlli il öz işini və səlahiyyətlərini Çin xanına verib, ona qulluq etdilər.
E
redaktə- Etdiyin yaxşılığı unut, edilən yaxşılığı unutma.
- Ey Ötükən meşəsi camaatı! Səni bu yeri ona görə tutdum ki, pis adam gəlib birliyini pozmasın, silahlı gəlib səni dağıtmasın, ənənəni gətirdim.
- Ey Türk milləti, üstdə mavi göy uçmasa, altda qara yer deşilməsə sənin elini və törəni kim poza bilər?!
G
redaktə- Güçlü ikən əfv et, zəif ikən səbr et.
K
redaktə- Kin və qürurdan uzaq olacaqsan.
Q
redaktə- Qızılı, gümüşü, misi, ipəyi və bu kimi şeyləri ölçü-biçisiz verən Çin millətinin sözü şirin, kumaşı yumşaq, yəni hədiyyəsi cəlbedicidir. Çinlilər bu şirin dilləri və cəlbedici hədiyyələri ilə uzaq xalqları aldadırlar. Fitnə elmini yaxına çəkib yerləşdirdikdən sonra yayırlar. Yalnız bundan sonra uzaq tayfalar çinlilərin nə qədər pis olduğunu anlayacaqlar.
M
redaktə- Mən millətimin yaxşı vaxtında ona xaqan olmadım. Türk millətinin, türk dövlətinin ad-sanı yox olmasın deyə, gecələr belə yatmadım, gündüzlər oturmadım, ölənə qədər çalışdım, az milləti çox, ac milləti tox etdim. Yoxsul milləti zəngin, dustaq milləti hakim millət etdim. Bütün soyum, millətim, sağdakı Şadabit bəylər, soldakı Tarkanlar, buyruq bəyləri! Doqquz tatar, doqquz oğuz bəyləri, sözlərimi yaxşıca eşidin, diqqətlə dinləyin! Doğuda (Şərqdə) gün-doğuşuna, Batıda (Qərbdə) günbatısına, quzeydə (Şimalda) gecə-yarısına qədər olan yerlər içində yaşayan millətlər mənə bağlıdır. Bu yerlərdə artıq özbaşınalıq, qarışıqlıq yoxdur. Hər yerdə qanun-qayda qoydum. Türk xaqanı Otükən ormanında oturarsa, eldə sıxıntı və üzüntü olmayacaq.
T
redaktə- Tanrı Türk Millətinin adı və sanı yox olmasın deyə, atam Qutluğ (İltəriş) Xaqanla anam İl Bilgə Xatunu yüksəltmiş, indi də məni taxta çıxarmışdır... Tanrı yardım etdiyi üçün ölgün milləti diriltdim, çılpaq xalqı geydirdim, yoxsul xalqı zəngin etdim, sayı azalmış milləti çoxaltdım. Türklərin başqa millətlər arasında mövqeyini yüksəltdim. Dörd yandakı millətləri sülhə məcbur etdim.
- Tarixə nəzər salın, türklərə üsyan edənlərin sonu nə oldu!