Branislav Nuşiç

Branislav Nuşiç (1864 – 19 yanvar 1938, Belqrad, Yuqoslaviya krallığı) — serbiyalı yazıçı və dramaturq. Yuqoslav yumorist.

Branislav Nuşiç
Doğum tarixi 8 oktyabr 1864
Doğum yeri Belqrad
Vəfat tarixi 19 yanvar 1938
Vəfat yeri Belqrad
Dəfn yeri Yeni Belqrad qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq çox vaxt bir ifadədir və tiranlıq həmişə həqiqətdir.
  • Biliyin həddi var, cəhalətin isə həddi yoxdur.
  • Bir çox cinayətlərin izi gələcəyə aparır.
  • Bu barədə düşünməyə dəyər, lakin nəyinən?
  • Dişsiz tiranları güldürmək təhlükəlidir.
  • Elmin həddi var, cəhalətin isə həddi yoxdur.
  • Evlilik, adətən səhv ünvanlanan, yalnız bağlı olduğu zaman maraqlı olan bir qeyd məktubudur.
  • Evlilik, bir insanın ömrü boyu bir dəfə "Bəli" dediyi, ömür boyu təkrar etməyi öhdəsinə götürdüyü bir müqavilədir.
  • Evlilik, birinci nəşrdə məmnuniyyətlə oxunan, ikinci nəşrdə daha az oxunan və qədim dövrlərə görə klassikə çevriləndə bütün dəyərini itirən bir kitabdır.
  • Evlilik, fatehin məğlub olana itaət etdiyi nadir tarixi hadisələrdən biridir.
  • Həqiqət çox vaxt aldanışdan qat-qat dəyişkəndir.
  • Hər bir qadın aktrisadır; nə qədər az diqqət yetirilirsə, bir o qədər böyük aktrisadır.
  • Hər halda həyatda tamaşaya baxmaqdansa, həyatı tamaşada izləmək daha yaxşıdır.
  • İkinci sevgidə insan sanki bir dərsi təkrarlayırmış kimi hiss edir. O, bütün fənləri bilir, amma buna baxmayaraq, imtahandan keçəcəyinə əmin deyil.
  • İlk sevgi yalnız sonuncu olanda təhlükəlidir.
  • İnsan müdrikliyi çox vaxt insan axmaqlıqlarının cəmidir.
  • Məncə avtobioqrafiyaya ön söz yazmağa ehtiyac yoxdur. İnsan həyatının hər hansı ön sözü varsa, o qədər intim xarakter daşıyır ki, onun haqqında heç yazılmır.
  • Sevgidə ən təhlükəli şey yoxluqdur.
  • Səhnədə əvvəlcə pərdə qalxır, sonra dram baş verir. Həyatda başqa cür olur: əvvəlcə dram baş verir, sonra pərdə qalxır.
  • Səhnədəki suflyorlar tez-tez vəziyyəti xilas edir, həyatda həmişə onu məhv edirlər.
  • Zalım oğlunun xasiyyəti belədir: Ya gərək özü rəhbərlik eləsin, ya da gərək rəhbərlikdən narazı qalsın.

İstinadlar

redaktə