Cəvahirləl Nehru
zakir
Cəvahirləl Nehru - Hindistanın dövlət xadimi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
DRedaktə
- Dünyada ən təhlükəsiz sığınacaq insan düşüncəsidir.
ƏRedaktə
- Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.
FRedaktə
- Fakt, faktdır. Sizin bəyənib bəyənməməyinizdən asılı olmayaraq onlar yoxa çıxmır.
HRedaktə
- Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.
KRedaktə
- Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir.
MRedaktə
- Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.
ÖRedaktə
- Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.
ŞRedaktə
- Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.
TRedaktə
- Təhlükədən qaçan adam yerində oturmuş adamla müqayisədə təhlükəylə daha çox üzləşir.
URedaktə
- Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.