Ceyn Ostin
Ceyn Ostin - 16 dekabr 1775 — 18 iyul 1817) - İngiltərə yazıçısı, satirik
Ceyn Ostin | |||
Doğum tarixi | 16 dekabr 1775 | ||
Doğum yeri | Stiventon | ||
Vəfat tarixi | 18 iyul 1817 | ||
Vəfat yeri | Uinçester | ||
Dəfn yeri | Vinçester kafedralı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başqalarına qarşı kobud davranmaq sevginin sübutu deyilmi?
- Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.
- Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.
- Budur, mən bir daha bu dağılma və pislik səhnəsindəyəm və artıq əxlaqımın pozulduğunu görməyə başlayıram.
- Londona gələn məktub (avqust 1796) [Ceyn Ostinin məktubları -- Brabourne nəşri]
D
redaktə- Dağlar da insanlar da dağıla bilər. Hərçənd insanlar öz lovğalığı və axmaqlığı ucbatından…
- Dünyada onlara layiq olan gözəl qadınlar qədər zəngin kişilər yoxdur.
- Dünyanın yarısı digər yarısının həzzini anlaya bilməz.
E
redaktə- Eqoist insanları bağışlamalıyıq. Onlar sağalmaz xəstələrdir.
- Elə hallar var ki, məsləhət həm yaxşı, həm də pis ola bilər - bu hadisələrdən asılıdır.
- Evlilikdə xoşbəxtlik tamamilə şans məsələsidir.
- Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.
Ə
redaktə- Əgər qarşınızda müəyyən bir məqsəd varsa, məsafəni hiss etmirsiniz.
- Əlbəttə, əsl məziyyətlərimin nədən ibarət olduğu heç ağlınıza da gəlməyib. Zira aşiq olanda onlar haqda heç düşünmürlər də!
- Əlbəttə, sevgi arzuolunandır, amma nədənsə həmişə pul lazımdır.
- Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.
- Əzabların ən böyüyü, özünü günahkar görmə duyğusudur.
H
redaktə- Heç bir şirnikləndirmə olmadan sevən, ürəyiaçıq adamlar çıraqla axtarılan qədərdir. On haldan doqquzunda qadın həqiqətdə olduğundan daha çox sevdiyini göstərir.
X
redaktə- Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi.
- Xoşbəxtliyə ən doğru yol sağlam düşüncəyə etinasızlıqdır. [1]
İ
redaktə- İnsan qürurlu olub şöhrətpərəst olmaya bilər. Qürur daha çox bizim özümüz haqda fikirlərimiz, şöhrətpərəstlik isə başqalarının bizim haqda olan, daha doğrusu olmasını istədiyimiz fikirləri ilə bağlıdır.
- İstər bəy, istərsə də xanım olsun, yaxşı romandan həzz almayan insan dözülməz axmaq olmalıdır.
K
redaktə- Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.
Q
redaktə- Qadın təxəyyülü necə sürətlidir! O bir dəqiqənin içində adi təqdir edilmədən məhəbbətə, məhəbbətdən evliliyə tullanır.
- Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.
- Qəzəbli insanlar həmişə müdrik olmurlar.
M
redaktə- Məndə başqalarının istəyi ilə qorxmağa heç vaxt dözə bilməyən bir inadkarlıq var. Məni qorxutmaq üçün hər cəhddə cəsarətim həmişə yüksəlir . ~ Qürur və qərəz
- Müəyyən bir sərvətə sahib olan subay kişinin arvadına ehtiyacı olduğu hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir.
N
redaktə- Nə demək olar, o, xoşagəlimlidir. Bununla belə, qəlb rahatlığımı pozmaq üçün kifayət qədər yaxşı deyil.
- Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək – bu, bəlkə də ən böyük bədbəxtlik olardı.
O
redaktə- Onun qürurunu həvəslə bağışlayardım, əgər mənimkinə toxunmasaydı.
S
redaktə- Sən bundan daha uzun bir məktuba layiqsən, amma mənim bədbəxt taleyim elədir ki, insanlarla nadir hallarda layiq olduqları kimi davranıram.
- “Siz onunla yaxından tanışsınız?
- Daha yaxından tanış olmaq istəməyəcək qədər”.
- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir.
Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.
T
redaktə- Təkəbbür zəifliyi gizlədir.
Y
redaktə- Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.