Chainsaw Man (2022–hazırda) — Tatsuki Fucimotunun eyniadlı manqa seriyası əsasında çəkilmiş, döyüş və qaranlıq fentezi janrlarında olan anime serialıdır. Anime serialı Poçita adlı itəoxşar iblis sayəsində zəncirli mişar gücü qazanan Denci adlı gəncdən bəhs edir. O, iblis ovçularına qoşularaq digər iblisləri ovlamağa çalışır, eləcə də, Silah iblisini öldürmək vəzifəsini götürür.

I mövsüm

redaktə

Tokioya gəliş [1.2]

redaktə
[Makima Denciyə yeni partnerini təqdim edir]
Paver: Hey, hey, önümdə diz çökün, insanlar! Mənim adım Paverdir! Mənim partnerim sənsən?
Denci: Paver? Adın Paverdir? Sən ifritsən? İfritlər iblis ovçusu ola bilirlər?
[Denci Paverin döşlərinə baxır]
Denci: Hər nəysə, tanış olduğumuza şadam!

Paver: Mən ifrit olmazdan qabaq hamın qorxduğu iblis idim. İblislər qoxumu alan kimi qaçırlar yəqin.
[Paver qan qoxusu hiss edir]
Paver: Qan qoxusu!
Denci: Hey, hara gedirsən?
[Paver qaçmağa başlayır]
Paver: Döyüş zamanı!
[Paver Dəniz xiyarı iblisinin üstünə tullanıb onu bir zərbəyə öldürür]
Paver: Gördün! Bu zəfər mənimdir! Hahahahahahaha!

Myaunun yeri [1.3]

redaktə
Makima: Bəlkə də Paver iblis ovçusu olmağa uyğun deyil.
[Paver əli ilə Dencini göstərir]
Paver: Mənə iblisi öldürmək əmri verən o idi.
Denci: Nə?! Necə belə asan yalan danışa bilirsən?
Paver: Yalan deyil! O idi. İnsan mənə iblisi öldürməyi əmr etdi. Həqiqət budur.
Denci: Bu iblis yalançıdır! Onu dərhal həbs etmək lazımdır.
Paver: Doğru deyil! Onun əmri ilə idi. İblislər heç vaxt yalan danışmır, ancaq insanlar danışır.

Denci: Bilirsən, mənim də Poçita adlı ev heyvanım var idi. Artıq onu əzizləyə bilmirəm, amma problem deyil. Çünki o, burada yaşayır.
[Denci ürəyini göstərir]
Paver: İnsanlar nə axmaqdırlar. Bu Poçitanın öldüyü mənasına gəlmir? Ölüm həyatın yoxluğudur. Bu "qəlbimdə yaşayır" cəfəngiyyatı acınacaqlı təskinlikdən başqa şey deyil.

Aki: Denci iyrəncdir, maraqlı deyil. Niyə görə onun üçün bu qədər ümidlisiz?
Makima: Bütün iblislər bir adla doğulur. Həmin adlar nə qədər qorxuludursa, iblis o qədər güclü olur. Qəhvə o qədər qorxulu şey deyil, yəqin ki, Qəhvə iblisi olsaydı, güclü olmazdı. Bəs Avtomobil iblisi? Avtomobil tərəfindən vurulub ölməyi fikirləşmək asandır deyə güclü olardı. Denci isə Zəncirli mişar iblisinə çevrilə bilir. Maraqlı gəlir…

[Paverin yemək istədiyi, amma sonra xilas etdiyi pişik miyoldayır]
Paver: Qabağıma çıxan hər şeyi öldürdüm. Qışqırıq olmayan bir səs eşitmək qəribə gəlməyə başladı. Çox qəribədir…

[Yarasa iblisi Paverin pişiyini gözü qabağında yeyir]
Paver: Denci, bir dəfə mənə demişdin ki, artıq Poçitanı əzizləyə bilmirsən. Necə hiss etdiyini başa düşürəm indi. Bərbad bir hissdir.

Xilas [1.4]

redaktə
[Zəli iblisi Yarasa iblisinin öldüyünü görür]
Zəli iblisi: Bilirsən, bizim bir xəyalımız var idi. Dünyadakı bütün insanları öldürüb yeyəcəkdik. Boş xəyal ola bilər, amma romantik və möhtəşəm xəyal idi … Sən ölməlisən.
Denci: Döş əlləmədən ölməyi rədd edirəm!
Zəli iblisi: Yəni Yarasa iblisini bu cür mənasız hədəfləri olan biri öldürdü? Cəfəngiyatdır.

[Paver Aki və Denci ilə yaşamağa başlayır]
Paver: Tərəvəzlərdən nifrət edirəm. Yox ol!
AkiDenci: Tərəvəzləri atma!
Paver: Tualet? Mən sifonu arada çəkirəm.
AkiDenci: Həmişə çəkəcəksən! Qoxur!
Paver: Mən hamama arada girirəm.
AkiDenci: Gir! Pinti!
Paver: İkiniz də yaman qəribəsiz. İnsanlar yaman qırılqandırlar.

Silah iblisi [1.5]

redaktə
Makima: Denci, sən yaxşısan?
Denci: Həmişə etmək istədiyim bir xəyalim var idi, axırda etməyi bacardım. Amma sonra gördüm ki, heç də xəyal etdiyim kimi bir şey deyilmiş. Başqa bir şeyi hədəfləsəm və onu əldə etsəm, yenə eyni şey olacaq?
Makima: Denci, sən tam olaraq nədən bəhs edirsən?
Denci: İlk dəfə döş əllədim, amma istədiyim kimi olmadı.
Makima: Denci, məsələ erotik şeylər olanda qarşındakı insanı nə qədər çox tanısan, o qədər zövq alarsan.

Aki: Mən sizə hərəkətlərinizə fikir verməyi öyrənin deməmişdim?
Denci: Niyə görə sənə qulaq asmalıyıq?
Paver: İnsanlar nə qədər də axmaq və lovğadırlar.
[Aki cibindən iki saqqız çıxarır]
Denci: Hayakava-senpay.
Paver: Senpay.
Aki: Afərin.

Aki: Mənim adım Akidir. Tanışlığa şadam.
Himeno: İşimə yarayacaqsan?
Aki: Yəqin.
Himeno: Altıncı partnerim olacaqsan. Digərlərinin hamısı öldü. İşə yaramadıqları üçün öldülər. Qəti ölmə, Aki.

Xarici keçidlər

redaktə
 
Wikipedia logo
Chainsaw Man haqqında Vikipediyada məqalə var.