Con Lokk
Con Lokk (1632-1704) - İngilis yazıçısı, filosofu, liberalizmin banisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Adamların fəaliyyəti onların fikirlərinin ən yaxşı tərcümanıdır.
BRedaktə
- Biliklərə yiyələnmək, sağlam yaşamaq və həyatda uğur qazanmaq üçün insan öz düşüncələrini idarə etməyi bacarmalıdır.
- Biz buqələmunlar kimiyik, öz rəngimizi və əxlaqi xarakterimizin rəngini ətrafımızdakılardan alırıq.
- Boş qab-dolu çəlləkdən çox səs çıxarır.
- Butun millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır.
FRedaktə
- Fırıldaq yalanın daimi yoldaşıdır.
GRedaktə
- Gimnastika insanın gəncliyini uzadır.
İRedaktə
- İnanclarımızın gücü onların etibarlılığını sübut etmir.
- insanın hərəkətləri onun düşüncələrinin ən yaxşı tərcüməçisidir.
- İnsanın xoşbəxtliyi və ya bədbəxtliyi əsasən onun öz əllərinin işidir.
- İyirmi qəbahəti bağışlamaq olar, bir yalanı isə yox. Çünki yalanın daimi peyki hiyləgərlikdir.
QRedaktə
- Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır.
PRedaktə
- Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1]
SRedaktə
- Sağlam bədəndə sağlam ağıl bu dünyada xoşbəxtliyin qısa, lakin tam təsviridir.
- Səbəbsiz heç nə baş vermir.
- Sərvət əməyin məhsuludur.
TRedaktə
- Tanrının mövcudluğu iki düz xəttin kəsişməsindən əmələ gələn iki əks bucağın bir-birinə bərabər olması qədər qətidir.
URedaktə
- Uşaq sevməyənin uşağa cəza vermək haqqı yoxdur.
- Uşaqların düzgün tərbiyəsindən bütün xalqın firavanlığı asılıdır.
İstinadlarRedaktə
- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı, 2005