Conatan Svift
Conatan Svift - (30 noyabr 1667 - 19 oktyabr 1745) İngilis-İrlandiya yazıçısı və satiriki

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz.
- Asudə vaxt faydalı bir şey etmək vaxtıdır.
- Atlar haqqında deyirlər ki, “gücü ağzında, quyruğundadır”. Eyni şeyi əslində qadınlar haqqında da demək olar.
BRedaktə
- Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis tərəflərini tapırıq.
DRedaktə
- Dünyanı idarə edən qələm, mürəkkəb və kağızdır.
- Dünyanın ən yaxşı həkimləri: pəhriz, səbir və sevincdir.
ƏRedaktə
- Əsl dahinin meydana çıxdığını onunla bilmək olur ki, bütün ortabablar dərhal ona qarşı birləşirlər.
- Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.
FRedaktə
- Fil əslində olduğundan kişik təsvir edilir, birə isə böyük. [1]
GRedaktə
- Görməyənlər qədər kor yoxdur.
İRedaktə
- İman əskikliyi elə bir qüsurdur ki, onu aradan qaldırmaq mümkün deyilsə, onu gizlətmək lazımdır.
KRedaktə
- Kişilər öz zəifliklərini bilməməkdə günahlandırılsalar da, öz güclərini bilənlər azdır. Torpaqda olduğu kimi kişilərdə də, bəzən sahibinin bilmədiyi bir qızıl damarı var.
- Kişilərdə istək sevgini, qadınlarda isə sevgi arzunu doğurur.
- Kitablar zəkanın övladlarıdır.
QRedaktə
- Qadının çox zəkaya ehtiyacı yoxdur - deməli, tutuquşu ən azı bir neçə sözü aydın şəkildə tələffüz etsə, bizə kifayət edər.
- Qanunlar hörümçəklərin toruna bənzəyir: ağcaqanadları tutmaq üçün yaxşıdır, lakin daha böyük həşəratlar onların torunu qırır və qaçır.
- Qəzəbli olmaq başqasının günahına görə özünüzdən qisas almaqla eynidir.
- Qurd ən yaxşı meyvələrin içini yeməyə can atdığı kimi, böhtan da, adətən, ən ləyaqətli insanlara zərbə endirir.
MRedaktə
- Meyxana, çılğınlığın şüşələrdə satıldığı yerdir.
- Mən heç vaxt pis adamları görməyə təəccüb etmirəm, amma onların utanmadığını görəndə çox vaxt təəccüblənirəm.
- Müdrik insan pulları başında saxlayır, ürəyində deyil.
NRedaktə
- Nə qədər çox vərdiş olarsa, müstəqillik bir o qədər az olar.
ÖRedaktə
- Ömrünüzün bütün günlərini yaşaya bilərsinizmi?
SRedaktə
- Satira elə bir güzgüdür ki, tamaşaçı orada özündən başqa hər cür adamı görür.
TRedaktə
- Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur.
ÜRedaktə
- Üslub bu cür müəyyən edilə bilər: müvafiq sözlər müvafiq yerdə işlənsin.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlarRedaktə
- ↑ Xəzinə. Bakı,1997. səh.55