Corc Patton

(Corc Smit Patton səhifəsindən yönləndirilmişdir)

Corc Smit Patton (Kaliforniya, Amerika Birləşmiş Ştatları, 11 noyabr 1885-Heydelberq, Almaniya, 21 dekabr 1945) — İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Üçüncü Ordusunun komandanı olan Amerikalı general

Corc Patton
Doğum tarixi 11 noyabr 1885
Doğum yeri San Qabriel, San Gabriel Valley
Vəfat tarixi 21 dekabr 1945
Vəfat yeri Heydelberq
Dəfn yeri Luxembourg American Cemetery and Memorial
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah düşmənlərimə mərhəmət etsin, çünki məndə mərhəmət olmayacaq.
  • Arxamda bir Fransız ordusu olacağına, qarşımda bir Alman ordusunun olmağını seçərəm.
  • Bu gün həyata keçirilən yaxşı bir plan, sabah həyata keçiriləcək mükəmməl bir plandan daha yaxşıdır.
  • Bu nəcib məsuliyyət hissini miras almalı və inkişaf etdirməlisən, əks halda bu formanı heç vaxt geyinməməlisən …
  • Əsgər ordudur. Heç bir ordu əsgərlərindən yaxşı deyil. Əsgər həm də vətəndaşıdır. Əslində vətəndaşlıq vəzifəsi və ən yüksək imtiyaz öz ölkələri üçün silah gəzdirməkdir.
  • Hamının bərabər olduğunu söyləyən insanlar ya axmaqdır, ya da yalançıdır.
  • Heç bir maşın maşını idarə edən adamdan böyük ola bilməz.
  • İnsan ruhu baş verə biləcək hər şeydən güclüdür.
  • İnsanın nəyəsə nail olmasının üç yolu var: planlaşdırma, işləmək, dua etmək.
  • İnsanlığın ən böyük araşdırması insanın özünü öyrənməsidir.
  • İrəli! İrəli! Qorxularınıza qulaq asmayın!
  • Qorxaq deyilənlər qorxaq ruhun üstünlüyünə sahib olanlardır.
  • Mənəvi cəsarət; İnsanın ən dəyərli, lakin ən az tapılan bir fəzilətidir.
  • Müharibə bəşəriyyət üçün ən möhtəşəm yarışdır! Döyüşdə güclü qalib gəlir, zəif isə ölür.
  • Müharibə insan sivilizasiyasının ən yüksək nailiyyətidir.
  • Müharibə sadə və amansızdır, ona görə də onu sona çatdırmaq üçün sadə və amansız bir insana ehtiyac var.
  • Müharibədə ölüm əhəmiyyətsizdir, amma əldən verilmiş fürsət cinayətdir.
  • Müharibələr silahla aparılır, ancaq kişilər qalib gəlir.
  • Müharibəni qazanmağın yolu düşməni məğlub etməkdir.
  • Müharibənin yalnız üç prinsipi var: cəsarət, cəsarət və cəsarət!
  • Ölən adamlara yas tutmaq axmaqlıq və səhvdir. Daha doğrusu, Allaha şükür etməliyik ki, belə insanlar yaşayıblar.
  • Özünə inam insanın uğurunun açarıdır.
  • Tanrının düşmənlərimə yazığı gəlsin, çünki mənim yazığım gəlməyəcək.

İstinadlar

redaktə