Dərviş Parisi partladır (film, 1976)

Dərviş Parisi partladır — Musiqili komediya janrında "Azərbaycanfilm" kinostudiyası tərəfindən 1976-cı ildə çəkilmiş Azərbaycan filmi.[1]

Filmdə XIX əsrdə feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa olunur, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından bəhs edilir, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rejissoru Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov, bəstəkar Tofiq Quliyev, rejissoru Akif Rüstəmovdur. Filmdə əsas rollarda Sergey Yurski (Müsyo Jordan), Mirzə Babayev (Dərviş Məstəli şah), Adil İsgəndərov (Hətəmxan ağa), Leyla Bədirbəyli (Şəhrəbanu), Səfurə İbrahimova (Sənəm), Mömünat Qurbanova (Şərəfnisə), Ənvər Həsənov (Şahbaz bəy), Həsənağa Turabov (Rəşid bəy) və başqaları çəkilmişlər.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayə lap qırat kimi kişniyir ee.
  • Amma mən atı özümdən də çox sevirəm. Atlara olan məhəbbətimdən gedib girmişdim süvari polkuna. Atı ac saxlayıb özü tox yatan əsgərdən zəhləm gedərdi.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Qiyas Ə. Mirzə Fətəli Axundov və “Dərviş Parisi partladır” filmi //Mədəniyyət.- 2008.- 9 may.- S. 13.