Dmitri Lixaçov
Dmitri Sergeyeviç Lixaçov - (1906 - 1999 ) - rus ədəbiyyatşünası, akademik.
Dmitri Lixaçov | |||
Doğum tarixi | 15 noyabr 1906, 28 noyabr 1906 | ||
Doğum yeri | Sankt-Peterburq | ||
Vəfat tarixi | 30 sentyabr 1999 | ||
Vəfat yeri | Sankt-Peterburq | ||
Dəfn yeri | Cemetery in Komarovo | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Alim öz konsepsiyalarının əsirinə çevrilməməlidir.
E
redaktə- Ekologiya mənəvi problemdir.
- Ekologiyada iki bölmə var: bioloji ekologiya və mədəni və ya mənəvi ekologiya. Birincinin qanunlarına əməl edilməməsi bir insanı bioloji olaraq öldürə bilər, ikincinin qanunlarına əməl olunmaması isə insanı mənəvi cəhətdən öldürə bilər.
Ə
redaktə- Ədəbiyyat sizin üçün digər dövrlər və başqa millətlər barədə bələdçi rolunu oynayır, insanların qəlbini sizə açır - bir sözlə sizi müdrik edir.
H
redaktə- Heç kəs özünü yalandan ziyalı göstərə bilməz - buna onun gücü çatmaz.
- Həyat, hər şeydən əvvəl yaradıcılıqdır, amma bu o demək deyil ki, yaşamaq üçün hər bir insan sənətkar, balerina və ya alim kimi doğulmalıdır.
M
redaktə- Mədəniyyətin saxlanması üçün universitet vacib deyil, amma kitabxana mütləq olmalıdır.
Y
redaktə- Yaddaş vicdanın və əxlaqın mədəniyyətin əsasını təşkil edir, mədəniyyətin zənginləşməsinin, şeirin əsaslarından biridir - mədəni dəyərlərin estetik qavranılmasıdır. Yaddaşı qorumaq özümüzə və nəsillərimizə olan mənəvi borcumuzdur. Yaddaş bizim sərvətimizdir.
- Yaxşı insanlar haqqında danışmaq və yazmaq çox asandır, maraqlıdır. Çünki mehriban insanlar çox fərqli və maraqlıdırlar. Pisləri isə hamısı eynidir və maraqsızdır.
Z
redaktə- Zəkaya dəyər verməyən bir xalq məhv olmağa məhkumdur. Rus ziyalılarının tarixi rus düşüncə tarixidir.