Bəzi kitabları oxuyarkən müəllifin düşüncələrinə qərq oluruq, bəzilərini oxuyarkən öz düşüncələrimizə giririk.
Bir ifratçılıq digər ifratçılığa səbəb olur.
Bir vergülün çatışmamazlığı aksiomu paradoksa, yaxud istehzanı xütbəyə çevirir.
Biz sağlam düşüncəyə zidd olaraq məhz qadağan olunduğuna görə qanunu pozmağa həvəs göstəririk.
Biz sevgidən daha böyük olan sevgi ilə sevdik.
Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur.
Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir.
Bu və ya digər insanın şəxsiyyəti barədə təəssüratınızı müəyyən etmək çox çətindir. Hər bir insan tanışlarını tanıya bilər, amma bu tanışlarını necə tanımasını məntiqi cəhətdən izah edə biləcək insana çox nadir hallarda rast gəlmək olar.
Bütün elm sahələrində kitabların çoxalması dövrümüzün ən böyük bəlalarından biridir.
Əgər dünyada ifrat, məhdudiyyətsiz hakimiyyət mövcuddursa, bu, yeniyetməlik illərində həmyaşıdlarının daha üzüyola naturaları üzərində güclü şəxsiyyətin hakimiyyətidir.
Əgər haraya gedəcəyini bilmirsənsə, heç bir nəqliyyat eyni istiqamətdə olmayacaq.
Əgər mən “cəmiyyətdə” yazıq bir itin sədaqətinin yarısını tapsaydım, o vaxt “cəmiyyətdən” bir an belə ayrılmazdım.
Əgər siz tez bir zamanda nəyisə unutmaq istəyirsinizsə, qeyd edin ki, bunu yadda saxlamalısınız.
Ən dərin yuxudan oyanaraq, biz hansısa yuxunun qeyri-müəyyən torunu qırırıq. Amma növbəti anda (bu tor o qədər incədir) yuxuda nə gördüyümüzü xatırlamırıq.
Ən mühakiməsiz ürəkdə elə simlər var ki, onları titrəməyə məcbur etmədən toxunmaq olmaz. Həyatla, ölümlə zarafat etməyə hazır olan insanlar arasında ümidini ititmiş insanın gülməyə cürətinin çatmadığı nəsə bir şey var.
Ən sadə şeylərin birləşməsi bizim üzərimizdə xüsusi gücə malikdir. Amma bu gücün təbiətini dərk etməyi hələ bacarmırıq.
Ən təmiz, ən yüksələn və ən gərgin həzz gözəlliyin seyr edilməsindən yaranir.
Əsl dahilik, natamamlıqda titrəyiş etmək üçün hər şey demək varkən adətən sakitliyi üstün tutmaqdır.
Əsl şövqdə natiqlik istedadı var.
Əslində insan xoşbəxtdir - xoşbəxtliyin dəqiqə-dəqiqə gələcəyini gözləyərək yaşayır.
Heç bir tənhalıq, izdiham içində tənhalıqdan daha pis deyil..
Heyvanın təmənnasız və fədakar sevgisində xain dostluqla və yalan sədaqətlə üzləşən hər bir insanın qəlbini fəth edən nəsə bir şey vardır.
Heyvanlara qarşı təmənnasız və fədəkar sevgidə nəsə var ki, bu bir başa insanın ürəyindən gəlir və bu kiçik dostluğu sınaqdan keçirmək üçün müntəzəm səbəb olub.
Həqiqət axtarışında əqli məhz sadə və adi şeylərdən kənara çıxmalar işıqlandırır.
Həqiqət həmişə quyunun dibində olmur. Vacib məsələlərdə o, məncə üzdə olur. Biz onu dərələrin dibində axtarırıq, o isə bizi dağ zirvəsində gözləyir.
Həqiqətən, insan xoşbəxtdir: o, hər zaman gələ biləcək xoşbəxtliyi gözləməklə yaşayır.
Həqiqətin dəhşətli qorxusu olmazsa, fikirlərini ifadə etməyin gücü olmaz.
Həqiqətin əhəmiyyətli hissəsi ilk baxışdan əhəmiyyətsiz, dəxli olmayan şəraitin sayəsində üzə çıxır.
Hətta qəbirdə də hər şey itirilməmişdir. Əks təqdirdə, əbədilik mövcud deyil.
Həyatın ən erkən illərinin hadisələri yetkinlik yaşında xatırlanması üçün ruhumuzda çox nadir hallarda dərin iz buraxır. Adətən, belə hadisələr dumanlı, aydın olmayan nizamsız xatirəyə- kiçik sevinclərin və ağlasığmaz əzabların dumanlı surətinə çevrilirlər.
Həyatınızda sanki hər şey norma və qaydasında imiş kimi, insanlarla ünsiyyət qurub, onlara gülümsədiyiniz, əslində isə daxilinizdə bədbəxtliyin ağır bir yükünü daşıdığınız anlar olubmu?
Mən anladım ki, mənim kimi başıbəlalı adamın ümid etməsi bu həyatda mümkün deyil.
Mən dəhşətli sağlam fikirliliyin uzun intervallarıyla dəli oluram.
Mən ruhi sağlamlığın ağır və tez-tez hücumlarına məruz qalan ruhi xəstəyəm.
Mən sənə ucadan oxuyaram və biz bu dəhşətli gecəni birlikdə keçirərik.
Mən tənhalıqda məyusluq yox, sakitlik axtarıram.
Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm.
Mən uşaqlıqda başqaları kimi deyildim. Hər kəsin gördüyü kimi görmədim.
Mənim axmaqlara çox böyük inamım var. Dostlarım bunu özünə güvənmə adlandırırlar.
Mənim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras!
Musiqi qabiliyyəti özü-özüylə kifayətlənən yeganə istedaddır. Yerdə qalan bütün şeylərdə ikinci şəxsin iştirakı tələb olunur.
Müdriklik, gözləniməyən şeylərə güvənməlidir.
Müəyyən bir məqamda xoşbəxtlikdən olmaq üçün o nöqtəyə qədər əziyyət çəkmək lazımdır.
Müqayisə ölçüsü olmadan bir şeyin böyük və ya kiçik olmasını mühakimə etmək axmaqlıq və düşüncəsizlikdir.
Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular.
Təcrübə göstərdi və əsl fəlsəfə həmişə göstərəcək ki, həqiqətin böyük, bəlkə də daha böyük hissəsi əhəmiyyətsiz görünəndən yaranır.
Təhlil etmək bacarığı sadə ixtiraçılıqla qarışdırılmamalıdır, çünki analitik həmişə ixtiraçıdır, halbuki heç də hər bir ixtiraçı analiz aparmağa qadir deyil.
Ümumiyyətlə, xatırlamaq lazımdır ki, bizim qəzetlər həqiqətin aşkar edilməsi barədə yox, sensasiya yaratmaq barəsində düşünürlər. Əgər bu, birinciyə və onların əsas məqsədinə nail olmağa kömək edirsə, sonuncu onların vəzifəsi olur.