- Ağa yanından keçəndə, ağıllı kəndli dərin baş əyər və səssizcə köpünü çıxardar.[1]
- Ağac necədirsə, budaqları da elədir.[2]
- Bəbirin gözü keçiyə, keçinin gözü üzümə tikilmişdir.
- Bir öküzdəsə iki öküz yaxşıdır, iki eşşəkdənsə, bir eşşək yaxşıdır.
- Dərdini gizlədənin dərmanı olmaz.
- Doxsan yaşında sağlamlıqdan söhbət gedə bilməz.
- Düşmən hücum edəndə, nizələr döyüşə hazır olmalıdır.
- Əgər çay quruyarsa, balıqlar yoxa çıxar.
- Əgər insanlar birləşərsə, aslanı da dayandıra bilərlər.
- Əgər sülh pozularsa, vasitəçiyə gedərlər.
- Gələn ilin cücəsindəsə, bu ilin yumurtası yaxşıdır.
- Xəstənin həkimi çox olanda o ölür.
- İnəyə onun buynuzları ağırlıq eləmir.
- İyunda əkməsən, oktyabrda biçməyəcəksən.
- Kasıbın zəngin bir adamı mühakimə etməsi balqabaqla daş sındırmağa cəhd göstərməsi deməkdir.
- Kələmi südlə birlikdə yemirlər.
- Kim sənin düşmənlərini sevirsə, o, səni sevmir.
- Qaranlıq zamanı işıq, bədbəxtlik zamanı ağıl lazımdır.
- Qəhvə və sevgi isti olanda daha dadlıdır.
- Qonaq əvvəlcə qızıla, sonra gümüşə, daha sonra dəmirə bərabərdir.
- Meymunlar arasında gözəl axtarmazlar.
- Oğru ilə birlikdə onun müdafiəçilərini də döymək lazımdır.
- Pis xəbərlər uçur, yaxşı xəbərlər yatır.
- Süvarilər geri çəkiləndə piyadalardan nə gözləmək olar?
- Torpaq - ana, toxum - atadır.
- Uzaq qohumdan yaxın qonşu yaxşıdır.
- Yaşamaq - mübarizə aparmaq deməkdir.
- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.124
- ↑ Золотая земля. Сказки, легенды, пословицы, поговорки Эфиопии. — М.: Издательство восточной литературы, 1960. — 278 с. — С. 261-270. — Тираж 30000.