Əlif Şəfəq
(Elif Şafak səhifəsindən yönləndirilmişdir)
Əlif Şəfəq | ||||
Doğum tarixi | 25 oktyabr 1971 | |||
Doğum yeri | Strasburq | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.
B
redaktə- Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.
- Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.
- Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir "mən" üçün köhnənin quruyub solması kimi.
- Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.
- Biri var məni ağladan.. Güldürənlərdən daha çox sevdiyim…
D
redaktə- Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.
E
redaktə- Eşq deyə bir şey yaşayıram. Nə tək tərəfli deməyə dilim var. Nə də qarşılıqlı olduğuna sübutum.
- Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.
Ə
redaktə- Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrı-seçkiliyi etməməkdir. Həddini aşmamaqdır.
- Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
- Ən pisi də; Ürəyində söyləyə bilməyəcəyin sözlərin qalmağıdır.
- Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.
- Əvvəl üzlərini unudarıq sevdiklərimizin. Ən çox üzümüzün unudulmasından narahatlıq keçirdiyimiz halda.
G
redaktə- Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.
- Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.
H
redaktə- Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.
- Hər insan dinclik verər … Kimiləri gəlincə, kimiləri də gedincə.
X
redaktə- Xəyalımdakı səni görsən qısqanarsan.
İ
redaktə- İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm.
- İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.
- İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?
K
redaktə- Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.
Q
redaktə- Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar.
M
redaktə- Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər.
- Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.
N
redaktə- Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində.
- Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar.
- Niyə baxdın nəyi geridə buraxdığına? Denən, insan tərk etdiyi şeyə niyə dönüb baxar son dəfə?
Ö
redaktə- Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində.
P
redaktə- Paylaşacaq dostlarınız yoxdursa, Yaxşı şeylərə sahib olmanın bir mənası da yoxdur …
S
redaktə- Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.
Y
redaktə- Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davarnma.