Elizabet Dikinson
Elizabet Dikinson (10 dekabr 1830 - 15 may 1886) - Amerikalı şair,
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ayrılıq cənnət haqqında bildiyimiz tək şeydir və cəhənnəm haqqında bizə lazım olan hər şeydir.
BRedaktə
- Beyin göydən daha genişdir.
- Bəxt cəsurlarla dost olur.
- Bir tək qəlbin qırılmasının qarşısını ala bilsəm, boş yerə yaşamış olmayacağam. Bir həyatdan ağrı-acını apara bilsəm və ya yüngülləşdirə bilsəm, ya da heç olmasa bir quşun balasını yenidən yuvasına qoya bilsəm, boş yerə yaşamış olmayacağam. [1]
- Bizi uzaq ölkələrə aparan kitabdan yaxşı freqat yoxdur.
DRedaktə
- Davranış insanın düşündüyü, hiss etdiyi və ya inandığı deyil, etdiyidir.
- Dayanıb ölümü gözləyə bilmədiyim üçün o, yavaşca dayanıb məni gözlədi.
- Dostlarım mənim “mülküm”dür.
GRedaktə
- Günəşi görməsəydim, qaranlığa dözə bilərdim.
HRedaktə
- Heç nə deməmək... bəzən ən çox deyir.
QRedaktə
- Qocalıq gözlənildiyi kimi tədricən deyil, birdən-birə baş verir.
MRedaktə
- Mən heç kiməm, sən kimsən?
- Mən səninlə mübahisə edirəm ki, sevgi həyatdır. Həyatın isə ölümsüzlüyü var.
- Mənim heç anam olmayıb. Düşünürəm ki, ana dərdli olanda tələsdiyin adamdır.
PRedaktə
- Psixi əzələləri inkişaf etdirmək üçün insanlara çətin günlər və təzyiq lazımdır.
SRedaktə
- Sevilənlər ölməyə qadir deyil, çünki sevgi ölümsüzlükdür. [2]
- Sənsiz səhər sönük bir şəfəqdir.
ŞRedaktə
- Şöhrət üçün ömrünü sovuran adamı sevmirəm; Yaşayan adamı mənə ver.
TRedaktə
- Tanrı burada oturub, doğru düşünüb-düşünmədiyimi görmək üçün ruhuma baxır. Ancaq mən qorxmuram, çünki doğru və yaxşı olmağa çalışıram; və O, mənim hər bir mübarizəmi bilir.
ÜRedaktə
- Ümid edirəm siz də quşları sevirsiniz. Ekonomikdir. Cənnətə getməyə qənaət edir.
- Ümid lələkləri olan bir şeydir ki, ruhda oturur - və melodiyaları sözsüz oxuyur - və heç vaxt dayanmır.
YRedaktə
- Yaşamaq o qədər heyrətləndiricidir ki, başqa peşələr üçün çox az yer buraxır.
- Yazda bir az dəlilik hətta Kral üçün də faydalıdır.