Elnur Əşrəfoğlu

Azərbaycan jurnalisti və televiziya aparıcısı

Elnur Əşrəf oğlu Şükürov (19 iyun 1974, Bakı – 19 oktyabr 2021, Bakı), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı.

Elnur Əşrəfoğlu
Doğum tarixi 19 iyun 1974
Doğum yeri Bakı
Vəfat tarixi 19 oktyabr 2021
Vəfat yeri Bakı
Dəfn yeri Saray
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atam, anam və qardaşım ən son məqamda Zəngilanı tərk edənlərdən olub. Onlar da Araz çayı vasitəsilə İrana-Parsabada daxil olublar və ordan da Azərbaycana gəlib çıxıblar.[1]
  • Evimizdə Zəngilandan danışanda keçmiş zaman şəkilçisində danışmırlar. Evini, torpağını qoyub gəlmiş insanların içindəki o ümid yaşayır. Ailəmiz o yerlər barədə həmişə ümidlə danışır.[1]
  • Mən Zəngilanda olanda orda həyat dayanmışdı, hər dəqiqə, hər saat başımızın üstündən mərmilər yağış kimi yağırdı.[1]
  • Mənim Zəngilandakı evimizdən götürmək istədiyim amma götürə bilmədiyim çox şeylər var. Bir foto albomum vardı, mənim üçün çox qiymətli idi. Ali məktəbdə oxuyanda bəzi şəkillərimi gətirib gəlmişdim, amma o foto-albomu özümlə götürə bilmədiyimə görə təssüflənirəm.[1]
  • O vaxtlar Azərbaycanda 28 aprel Sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd olunurdu. Aprelin 26-ı isə ermənilər onlarda sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd edirdi. Qafanla biz qonşu rayon idik. Sovet hökuməti vaxtı idi, biz Qafana hansısa bayramı qeyd etməyə gedirdik, onlar da bizə gəlirdilər. Təsəvvür edin, bu mədəniyyət günləri deyil, dava günləri idi. 10–12 yaşlı uşaqlar ermənilərlə dava edirdik. Birdəfə möhkəm kütləvi dava düşdü, konsertdən sonra onları döyüb yola saldıq.[1]

İstinadlar

redaktə
  1. 1,0 1,1 1,2 1,3 1,4 "Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü". publika.az. publika.az. İstifadə tarixi: 22 oktyabr 2021.