Ernest Heminquey

Amerikan yazıçı vә jurnalist

Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul, 1899 – 2 iyul, 1961) – amerikalı yazıçı və jurnalisti, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954)

Ernest Heminquey
Doğum tarixi 21 iyul 1899
Doğum yeri Ouk-Park
Vəfat tarixi 2 iyul 1961
Vəfat yeri Ketçum
Dəfn yeri Ketçum
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adama güvənməyin ən yaxşı yolu elə ona güvənməkdir.
  • Ağıllı bir insan bəzən, axmaqlarla vaxt keçirə bilmək üçün sərxoş olmaq məcburiyyətindədir.
  • Ağıllı insanlar nadir hallarda xoşbəxt olurlar.
  • “Bəlkə... yenidən mənə aşiq olacaqsan.” “Cəhənnəm” dedim, “Mən səni indi kifayət qədər sevirəm. Nə etmək istəyirsən? Məni məhv etmək?” “Bəli. Mən səni məhv etmək istəyirəm." "Yaxşı," dedim. "Mən də bunu istəyirəm."
  • Bilgi və alimliyini gözə soxanların nə erudisiyası var, nə də alimliyi.
  • Bir insanı sınamağın ən yaxşı yolu ona etibar etməkdir.
  • Bir şey xətrinizə toxunursa, deməli, hər şeyə biganə deyilsiniz.
  • Bir şəxs haqqında yalnız onun dostlarına görə fikir yürütməyin. Unutmayın ki, xain Yəhudanın dostları da qüsursuz idilər.
  • Bir yerdən başqa yerə köçsəniz də yenə özünüzdən qaça bilməyəcəksiniz.
  • Birisinin etibarlı olub-olmadığını müəyyən etmək üçün ən yaxşı üsul ona etibar etməkdir.
  • Biz sındığımız yerdə möhkəm oluruq.
  • Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır, yoxsa məhv olarsınız.
  • "Bu gün irəlidə bizi gözləyən neçə-neçə günlərdən biridir. Amma, bəlkə də bütün o gələcək günlər bu gün sənin nə edəcəyindən asılıdır”. “Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Sən məni başa düşürsən? Birimiz olan yerdə ikimiz də varıq. Ancaq sən axı indi həm də mənsən. Məndən nə qalacaqsa, o sənsən”.
  • Bütöv yelkənlər olmadıqda, cırılmış yelkənlərin altında üzmək lazımdır.
  • Bütün heyvanlardan yalnız insan gülməyi bacarır, baxmayaraq ki, buna onun çox az ehtiyacı olur.
  • Bütün həyatım boyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.
  • Bütün insanlar iki kateqoriyaya bölünür. Biirinci kateqoriyaya aid edilən insanlarla münasibət asan, onlarsız isə daha asan olur. Bir kateqoriya da var ki, onlarla hər şey çətin olur, onlarsız isə keçinmək mümkün olmur.
  • Bütün sentimental insanlar çox qəddardır.
  • Bütün yaxşı kitablar bir-birinə bənzəyir, çünki onlar həqiqətən baş vermiş olduqlarından daha doğrudurlar və birini oxuduqdan sonra başınıza gələn hər şeyin sizə aid olduğunu hiss edəcəksiniz: yaxşı və pis, ekstaz, peşmanlıq və kədər, insanlar və yerlər və hava necə idi. Əgər sən bunu insanlara verə bilsən, deməli, yazıçısan.
  • Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir.
  • Cəsur insanların dueldə iştirak etməsinə lüzum yoxdur. Bunu öz cəsarətinə güvənmək istəyən qorxaqlar edir.
  • Dərd-sər duman kimidir. Gün çıxdımı dağılıb gedəcək.
  • Dostoyevskidə inandıqlarını da taparsan, inanmadıqlarını da. Amma elə doğru şeylər var ki, oxuduqca özünün necə dəyişdiyini hiss edirsən.
  • Dünya nədir? Bu məni maraqlandırmır. Məni maraqlandıran onda necə yaşamaqdır. Əgər onda necə yaşamağı düşünsəniz, onun necə olduğunu başa düşərsiniz.
  • Dünya yaxşı bir yerdir və onun üçün mübarizə aparmaq lazımdır və mən onu tərk etmək istəmirəm.
  • Dünyada ən iyrənc söz “pensiya” sözüdür.
  • Dünyada yatmaq üçün çox, sohbət etmək üçün isə çox az qadın var.
  • Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil.
  • Dünyanın ən yaxşı adamları gözəlliyi duymağı, riskə getməyi bacarır, doğrunu deməyə özündə güc tapırlar. Bu müsbət keyfiyyətlər onları çox kövrəkləşdirdiyindən ən yaxşı adamlar çox vaxt içəridən dağılır.
  • Düşünən hər insan ateistdir.
  • Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür.
  • Elə şeylər var ki, məni çox hirsləndirir. Başa düşdün? Bax, məsələn, biri odur ki, mənim qırx səkkiz yaşım var.
  • Erudisiyası və alimliyi ilə lovğalanın nə erudisiyası, nə də alimliyi olur.
  • Əgər biri atama belə bu dünyada güvənmirəm deyib sonra başqasını sevirsə, bizə bal verən arının iynəsinin olduğunu unudubdur.
  • Əgər həyatda az da olsa xidmət göstərmək mümkündürsə, bundan yayınmaq lazım deyil.
  • Əgər zarafat etsən, insanlar səni ciddi qəbul etməyəcəklər. Və bu adamlar nəyin çox olduğunu, nəyin saxlanılmasının mümkün olmamasını zarafat etmədən başa düşmürlər.
  • Əxlaq mövzusunda inandığım qanun budur; bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqidir; əgər özünü pis hiss edirsənsə o qeyri əxlaqidir.
  • Gerçəkdən igid insanların duelə çıxmalarına gərək qalmaz, amma bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün həmişə duelə əl atır.
  • Gərək çalışasan ki, tərk edə bilməyəcəyin yerə tüpürməyəsən.
  • Hamımız sındırılmışıq. Elə bu üzdən də sınıq yerlərimiz o birilərindən çox dözümlüdür
  • Hansı düşüncədən canınızı qurtarmaq istəyirsinizsə, onu yazıya köçürün.
  • Harda olursan ol, öz iç dünyana sığınmalısan.
  • Həm də xoşbəxt olan ağıllı adamlarla çox az rastlaşdım.
  • Hər bir insan hansısa bir iş üçün doğulur.
  • Hər insan həyatı eyni sonluqla bitər. Bir insanı o birindən ayıran necə yaşadığı və necə öldüyüdür.
  • Həyat haqqında yaza bilmək üçün əvvəlcə onu yaşamalısan.
  • Həyatda ən gözəl şey bütün qüsurlarınızı bilməklə bərabər sizin möhtəşəm olduğunuzu düşünən birisinin var olmağıdır.
  • Həyatda itirməyə bir şey olmayanda hər şeyi yoluna qoymaq çox da çətin olmur.
  • Xoşbəxtlik- bu, möhkəm sağlamlıq, zəif yaddaşdır.
  • Xoşbəxtlikdən və məğrurluqdan irəli gələn şeylərdə utanmalı heç nə yoxdur.
  • İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər.
  • İki insan bir-birini sevirsə, deməli, xoşbəxt sonluq yox deməkdir.
  • İnsan məğlub olmaq üçün yaradılmayıb. İnsanı məhv etmək olar, amma ona qalib gəlmək olmaz.
  • İnsan təkbaşına heç nə edə bilməz...Hər nə cür olsa da, insan təkbaşına heç nə edə bilməz.
  • İnsanlar yaşlandıqca ağıllanmırlar. Onlar sadəcə daha ehtiyatlı olurlar.
  • İnsanların çoxu heç vaxt bir-birini dinləmir.
  • İstənilən qorxaqlıq sevgisizlikdən doğur.
  • İşsiz qalmaqdansa, ideologiyasız qalmaq daha yaxşıdır.
  • İtirəcək heç bir şeyin olmadıqda həyatı idarə etmək çətin deyil.
  • Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən.
  • Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası.
  • Kiməsə etibar edə biləcəyinizi öyrənməyin ən yaxşı yolu ona etibar etməkdir.
  • Mən xalqın və onun öz istədiyi idarə üsulunu seçmək hüququnun tərafdarıyam. Amma sən adam öldürmək tərəfdarı olmamalısan. Lazım gələndə, sən adam öldürməlisən, amma öldürmək tərəfdarı olmamalısan. Əgər sən buna tərəfdasansan, onda hər şey lap başlanğıcdan düz deyil.
  • Mən o qədər ciddi adamam ki, zarafat eləyə bilərəm.
  • Mən səni gördüm, gözəllik, indi də mənə aidsən, kimi gözləyirsənsə və səni bir daha görməsəm, deyə düşündüm. Sən mənə, bütün Paris mənə, mən də bu dəftərə və bu qələmə aidəm.
  • Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir.[1]
  • Müharibədən də pis şeylər var: qorxaqlıq, xainlik, eqoizm.
  • Müharibəni udan heç vaxt döyüşdən əl çəkməyəcək.
  • Nə qədər qaçılmaz və ədalətli olsa da hər müharibə həmişə cinayətdir.
  • Nəyisə yalnız həzz naminə edirsinizsə, deməli, daha yaşamırsınız.
  • Oğlan üçün qocanın hər gün heç bir şey olmadan qayıtmasını izləmək çətin idi və o, ona ev aləti və ya qarmaq, mizraq və dirəyə bükülmüş yelkən daşımağa kömək etmək üçün sahilə çıxdı. Yelkən çuval bezi ilə örtülmüşdü və bükülmüş, tamamilə məğlub olmuş bir alayın bayrağına bənzəyirdi.
  • Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nəqədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi.
  • Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir.
  • Pis yuxu çin olmağa fürsət axtarır.
  • Ruhdan düşmə. Heç vaxt ruhdan düşmə. Mənin uğurumun sirri bundadır. Mən heç vaxt ruhdan düşmürəm.
  • Sevəndə sevgi adına nəsə etmək istəyirsən. - Özümü qurban vermək istəyirəm.
  • Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın.
  • Sərxoş halda yaz, ayıq vaxtı düzəliş et.
  • Sərxoş olanda dediklərinizi həmişə ayıq başla deyin. O zaman sakit durmağı öyrənərsiniz.
  • Sərxoş vəziyyətdə verdiyiniz sözləri ayıq vaxtı yerinə yetirin. Bu sizi dilinizi saxlamağa öyrədər.
  • Sonuncu olan heç bir şey yaxşı olmur.
  • Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə.
  • Stendal müharibədə olmuşdu və Napoleon ona yazmağı öyrətdi. Napoleon o vaxtlar hamını öyrədirdi. Lakin Stendaldan başqa daha heç kəs yazmağı öyrənə bilmədi.
  • Şəkillərə qərəzsiz bax, kitabı vicdanla oxu və necə yaşayırsansa, elə yaşa.
  • Uduzduqdan sonra hər şey daha asan olur.
  • Uğurun çox sadə sirri var: heç vaxt ruhdan düşməyin. Heç vaxt adam içində ruhdan düşməyin.
  • Ya paltar, ya da rəsm əsəri almaq lazımdır. Vəssalam. Yalnız çox zəngin adamlar hər iki şeyi ala bilirlər. Geyimə çox da əhəmiyyət verməyin, ən əsası isə dəb dalınca qaçmayın. Belə etsəniz, rəsm əsəri almağa da pulunuz qalar.
  • Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.
  • Yaxşı yazıçılıq dekorasiya deyil, memarlıqdır…
  • Yalnız bir siyasi sistem var ki, orada yaxşı yazıçının yaranması qeyri-mümkündür. Bu sistemin adı faşizmdir. Çünki faşizm quldurların idarə etdiyi yalançı bir cəmiyyətdir. Bu mənada yalanı ədəbiyyata gətirmək istəməyən yazıçı faşizm rejimində nə yaşaya, nə də yarada bilər.
  • Yalnız əmri yerinə yetirməklə əmin olarsan ki, bu, yerinə yetirilə bilməyən əmrdir.
  • Yalnız sevdiyin insanlarla səyahət et.
  • Yazıçı aysberq kimidir - onun kiçik hissəsi suyun üzündə, gözə görünməyən əsas kütləsi isə suyun altındadır.
  • Yazıçı demək istədiyini deməməli, yazmalıdır.
  • Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrətpərəstlik, eləcə də içkinin, qadınların, pulun və şöhrətpərəstliyin olmaması.
  • Zarafatyana zarafat etmək də çox təhlükəlidir.
  • Ziyalı insan bəzən öz axmaqlığı ilə vaxt keçirmək üçün çoxlu içki içir.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.301