Fərabi

türk filozof ve bilim insanı

Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan Farabi (Əbunəsr Əl Farabi) (təxminən 873 – 950) ensiklopedik alim, İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır.

Fərabi
Doğum tarixi 870
Doğum yeri Otrar
Vəfat tarixi 950
Vəfat yeri Dəməşq
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir əməlin əxlaqi olduğunu bilən, lakin ona uyğun hərəkət etməyən şəxs, o əməlin əxlaqi olduğunu bilmədən əxlaqi hərəkət edən şəxsdən üstündür.
  • Düşünmək ruhun öz-özü ilə danışmasıdır.
  • Əvvəla həqiqəti bilmək lazımdır. Doğru bilinərsə, yanlış da bilinər
  • Fəzilətlərin ən böyüyü elmdir.
  • Fərabidən soruşurlar: – Çox danışan adamlarla necə davranmaq məqsədə uyğundur?

Fərabi cavab verir: – Çox danışana az qulaq asmaq lazımdır.

  • Heç bir şey öz-özünə yox olmaz, elə olsaydı var olmazdı.
  • Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır.
  • Model dövlətin məqsədi yalnız vətəndaşlar üçün maddi rifah təmin etmək deyil, həm də gələcək talelərini yaratmaqdır.
  • Özünü olduğundan daha yüksək və üstün hesab edən heç vaxt kamilliyə çatmaz.
  • Uzun danışanı qısa dinləmək lazımdır.
  • Yaxşı bir insan öldükdə ona ağlamayın. Onu itirən cəmiyyətə ağlayın.
  • Yalançı müdrik, saxta sikkə kimidir.

İstinadlar

redaktə