Françesko Petrarka -(1304-1374) - italyan şairi
Françesko Petrarka
Doğum tarixi
1304
Vəfatı
1374
Bədbəxt çox böyük ümidlərə etibar etməz.
Dünyadakı bütün sevinclər qısa bir yuxudur.
Həyatım boyu görmüşəm ki, ən böyük və hiss olunmayan vaxt aparan şey dostlarla söhbət etməkdir; dostlar zamanın böyük oğrularıdır.
Xəsislik artdıqca qəddarlıq da güclənir.
Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır.
Kitabların xüsusi cazibəsi var ; kitablar bizə həzz verir: bizimlə danışır, yaxşı məsləhətlər verir, bizim üçün canlı dost olurlar.
Kimin pisliyi çox olarsa, onun ağaları çox olar.
Məhəbbət bəşəriyyətin baş lütfü, ruhun ən müqəddəs haqqı, bizi vəzifə və həqiqətə bağlayan qızıl halqadır, qəlbi həyata uyğunlaşdıran xilasedici prinsipdir və əbədi yaxşılığın peyğəmbəridir.
Nə qədər sevdiyini ifadə edə bilmək az sevgi deməkdir.
Nə qədər sevdiyini deməyi bacarmaq az sevmək deməkdir.
O məhəbbətdə ki, dostluq, yoldaşlıq, ümumi mənafe yoxdur, belə məhəbbət dayaz və zəifdir.. [1]
Onun gözəl simasında ölüm gözəl görünürdü.
Ömrümüzün məqsədi və sonu zirvədədir, ziyarətimiz ona doğru yönəlib.
Sevgi sevənin xasiyyətini sevdiyinin obrazına uyğun olaraq dəyişir.
Siz məşum ruh xəstəliyindən əziyyət çəkirsiniz. Müasirlər buna melanxolik deyirlər, qədimdə bunu əqli tənbəllik adlandırırdılar.
Sülh və təhlükəsizlik üçün güc axtarmaq, fırtınadan sığınmaq üçün vulkana dırmaşmaq deməkdir.
Şübhə dostluğun xərçəngidir.
↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005