Fridrix Şiller
İohann Kristof Fridrix Şiller (1759-1805) - alman dramaturqu və şairi.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Ağlı olmayana bütün dünyanın zəkası da kömək edə bilməz.
- Amal yüksək olduqca insan da yüksəlir.
B redaktə
- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
- Baş ürəyi tərbiyə etməlidir.
- Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər.
- Böyük ruhları eşq daha da böyüdür.
- Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbr edən insanlardır.
- Bu gün günəş mənə işıq saçırmı ki, dünəni düşünüm?
C redaktə
- Cəsarət həyatı heçə sayar, vicdanı deyil.
D redaktə
Ə redaktə
- Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır.
- Əgər mən sevirəmsə, özümü sevdiyim obyektlə zənginləşdirirəm.
- Əgər özünü öyrənmək və bilmək istəyirsənsə, başqalarına və onların işinə bax.
- Əslində, tənha ikən tənha olmuram.
G redaktə
H redaktə
- Heç bir şeyə cəsarət edə bilməyən, heç bir şeyə ümüd bəsləməsin.
- Heç nədən qorxmayan adam qarşısında hamının tir-tir əsdiyi adamdan az qüdrətli deyildir.
- Həqiqi sevgi bütün əzablara dözməyə kömək edir.
X redaktə
- Xudpəsəndlik -canlı varlığın ən böyük yoxsulluğudur.
İ redaktə
- İmanın qarşısında təbiətin səsi kəsilir.
- İncəsənət gəncliyə tərbiyə, qacalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir.
- İnsana nifrət - kiçik intihardır.
- İnsanı böyük və ya kiçik, uğurlu və ya uğursuz, xoşbəxt və ya bədbəxt edən onun öz iradəsidir.
- İnsanı ömründə peşmançılıq əzabı qədər daxilən tərbiyə edən başqa bir hiss yoxdur...
- İnsanın insaniyyəti onun ana dilinə olan münasibətində aydın görünür.
- İnsanın kamilliyi onun hiss və mənəvi qüvvələrinin birliyindədir.
- İt həyatın tələbidir, müdriklik onun məktəbi.
K redaktə
- Kainat Allahın fikridir.
Q redaktə
- Qəlbi açıq olan adamın üzü də açıqdır.
- Qəlbimizdən ucalan bir səs hər zaman deyir ki, insan yalnız ucalmaq üçün dünyaya gəlir.
- Qohumlar ağıl gücü baxımından oxşar olanların hamısıdır.
M redaktə
- Maariflənmiş ağıl əxlaqi hissləri zənginləşdirir; baş qəlbi tərbiyə etməlidir.
- Məndən soruşsalar ki, niyə ürəyimdə din yoxdur, cavab verəcəm ki, mən onu itirmişəm, günahkar dindir.
- Müdrikliyiniz ağ saçların müdrikliyi olsun, amma ürəyiniz - məsum uşaqlığın ürəyi olsun.
Ö redaktə
- Özündən nəyisə aldıqda nifrət edirəm; mən sevəndə sevdiyim ilə zənginləşirəm.
- Özünə məftunluq canlı varlığın ən böyük yoxsulluğudur.[3]
P redaktə
- Pul işlənməyə başlayandan insanlar oz rahatlığını itirib.
S redaktə
- Sabahlar üçün insanların bir az qorxuları, bir az ümüdləri və bir az da cəsarətləri olmalıdır.
- Sevgi birliyə, eqoizm təkliyə aparar.
- Sevgi təbiətdə yeganədir ki, hətta təxəyyül gücü də dibi tapmır və hədləri görmür!
- Sərf edilmiş dəqiqəni hətta əbədiliyin özü də geri qaytara bilməz.
T redaktə
- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onların cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi...
V redaktə
- Vay o adamın halına ki, o, həqiqətə cinayət yolu ilə çatmaq istəyir, bu heç vaxt ona sevinc gətirməz.
Y redaktə
- Yaxşı aktyor üçün pis rol yoxdur.
- Yaşamağı da, yaşatmağı da bil.
- Yüksəlməyin ən alçaq forması zəiflərin belinə çıxaraq yüksəlməkdir.
İstinadlar redaktə
- ↑ [1] Цитаты и афоризмы.
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.214