Bu gün 8-12 yaşlı məktəbli müəlliminə öz əliylə rüşvət verirsə, həmin müəllim bu məktəbliyə düzlük, ədalət, bütövlük, saflıq, təmənnasızlıq, insansevərlik kimi dəyərləri necə aşılayacaq? Belə riyakarlıq mühitində böyüyən uşaqdan gələcəkdə kamil şəxsiyyət və əqidəli ziyalı yetişəcəkmi?[1]