Həyatına şəfa ver

"Həyatına şəfa ver" (ing. You Can Heal Your Life) — Amerikalı yazıçı Luiza Heyin 1984-cü ildə nəşr olunmuş əsəri

Həyatına şəfa ver
You Can Heal Your Life
Müəllif Luiza Hey
Orijinal dili ingilis dili
Nəşr ili 1 yanvar 1984
Nəşriyyat Hay House

Əsərdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqasına olan sevgi – möhtəşəmdir, amma keçicidir. Amma özünə olan sevgi — əbədidir. İçinizdəki ailəni sevin: uşağı, valideyni və onları ayıran illəri.
  • Biz nəyisə icazəsiz ediriksə, itiririk. Biz veririksə, qazanırıq. Başqa cür ola da bilməz.
  • Bizim bədənimiz həmişə bizimlə danışır. Kaş ki, vaxt tapıb onu eşidə bilsək. Bədənimizin hər bir zərrəsi bizim fikirlərimizə və sözlərimizə reaksiya verir.
  • Bütün verdiklərinizi geri alırsınız.
  • Durmadan öz keçmişin haqda düşünmək, özünə bilərəkdən əzab verməkdir.
  • Əgər ağlınıza neqativ bir fikir gəlibsə, ona düşüncənizdə iştirak etdiyinə görə təşəkkür edin.
  • Güc nöqtəsi burda yerləşir – bizim beynimizdə.
  • Hamımızın içində hələ də kiminsə onu incidəcəyindən qorxan və sevgi uman 3 yaşlı uşaq var.
  • Heç vaxt, heç bir şəraitdə özünü tənqid etmək olmaz.
  • İnsan xəstələnəndə, səbəbini onun öz ürəyində axtarmaq lazımdır ki, kimi bağışlamalıdır…
  • Keçmiş həmişəlik getdi. Bu reallıqdır, onu dəyişmək mümkün deyil. Amma biz keçmiş haqda fikirlərimizi dəyişə bilərik. Kimsə sizi keçmişdə incidibsə, buna görə indi özünə əzab vermək axmaqlıqdır.
  • Keçmişi sevgi ilə yola salın və ona bəzi şeyləri sizə dərk etdirdiyinə görə təşəkkür edin.
  • Nələri ki siz bilməlisiniz, doğru zamanda və məkanda mütləq biləcəksiniz.
  • Özünə qarşı sevgi hiss etməyən insanlar, bir qayda olaraq bağışlamağı bacarmırlar.
  • Özünüzü bu dəqiqə sevin, sonranı gözləməyin.
  • Rəqabət və başqaları ilə müqayisə — yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir.
  • Sevgi insandan kənarda olmur – onun içində yaşayır. Siz nə qədər güclü sevsəniz, bir o qədər sevgi ilə əhatə olunacaqsınız.
  • Siz gəlirinizin onda birini verin və daha çox pulun gəlməyinə hazırlaşın.
  • Sizə əzab vermiş insanlar sizin indiki keçirdiyiniz hissləri keçirirlər.

İstinadlar

redaktə