Ömər ibn əl-Xəttab
(Həzrəti Ömər səhifəsindən yönləndirilmişdir)
Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavi və ya I Ömər (ərəb. أبو حفص عمر بن الخطاب العدوي القرشي;) – I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi və Əmir əl-möminin.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Allaha qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz.
BRedaktə
- Borcunu azaltsan - azad yaşayarsan, əgər günahlarını azaldarsansa - rahat ölərsən.
CRedaktə
- Cömərdlik olmadıqca zənginliyin faydası olmaz.
ÇRedaktə
- Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar.
- Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.
- Çox gülənin heybəti və həyası azalar.
ERedaktə
- Elmin olmadıqca ərdəmin faydası olmaz.
ƏRedaktə
- Ədalət olmadıqca rəhbərliyin faydası olmaz.
- Ədəb olmadıqca zadəganlığın faydası olmaz.
GRedaktə
- Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz.
- Güvən olmadıqca sevincin faydası olmaz.
İRedaktə
- İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
- İnsanların ən pisi - Axirətini dünyası üçün satandır, daha da pisi isə Axirətini başqalarının dünyası üçün satandır.
- İnandığınız kimi yaşamazsanız, yaşadığnız kimi inanmağa başlayarsınız.
PRedaktə
- Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.
QRedaktə
- Qənaət olmadıqca kasıblığın faydası olmaz.
SRedaktə
- Sirrini saxlasan, sən ona hakim olarsan, saxlamasan, o sənə hakim olar.
TRedaktə
- Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz.