Xalq Cəbhəsi hökumətində xarici siyasət pərakəndə şəkildə formalaşdırılırdı. Prezident Aparatı ilə Xarici İşlər Nazirliyi arasında ziddiyyət dərin idi. Bu iki strukturun bir-birinə inamı çox zəifidi.[1]
Qarabağı hərb gücünə geri qaytarmaq yalnız Rusiyanın iştirakı ilə mümkündür. Bu da istər-istəməz 1920-ci illərin ssenarisini yada salır. Tərəflərin dəvətilə Rusiya birtərəfli qaydada münaqişəyə qoşulur. Rus qoşunları Azərbaycandaxil olur (gürcü-abxaz münaqişəsinin həllində olduğu kimi), Qarabağ münaqişəsi başa çatır, Ermənistanla sülh müqaviləsi imzalanır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Əslində isə heç bir şey dəyişmir. Sadəcə olaraq, status-kvo bərpa olunur. Rusiya ermənilərin Qarabağdan çıxarılmasında maraqlı deyildir. Rusiyanın birtərəfli qaydada münaqişəyə qoşulması onunla nəticələnir ki, bu gün silahlı qarşıdurmaya son qoyulur, münaqişə isə strateji mənada gələcək üçün dondurulur. Son nəticədə, Azərbaycan iqtisadi və siyasi müstəqillik sahəsində böyük qurbanlar verir və yenidən Rusiyanın orbitinə qayıdır.[1]
Qədim İpək yolu üzərində yerləşən Azərbaycanı sözün həqiqi mənasında Avrasiyanın qapısı adlandırmaq olar. Bu qapı təkcə Avropadan Çin və Cənub-Şərqi Asiya bazarlarına çıxış deyildir. Azərbaycan, eyni zamanda, Pakistan və Əfqanıstan kimi siyasi təlatüm nöqtələrinə çevik reaksiya və nəzarət pilləsidir.[1]
Tofiq Qasımov qəribə bir şəxsiyyət idi. Həddindən artıq tərs adam idi. Dediyindən əl çəkməzdi. Kommunistlərə nifrət edirdi, kommunist adı daşıyan qardaşı belə olsa, ona inanmazdı. Ən böyük bədbəxtliyi də elə bundan ibarət idi. Uzun müddət xarici işlər naziri işlədi, vəzifəsindən ayrılanda isə məlum oldu ki, nazirliyin yüzdən çox əməkdaşı ona etimad göstərmədi.[1]