Henri Ford

Henri Ford - Amerika sənayeçisi, Ford kompaniyasının təsisçisi.

Wikipedia logo
Wikipedia logo
Henri Ford haqqında Vikipediyada məqalə var.
Henri Ford (1919)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Alın təri ilə qazanılmış pul daha qiymətlidir.
  • Amerika pul ölkəsi deyil, zənginlik ölkəsidir; zəngin insanlar ölkəsi deyil, uğurlu işçilər ölkəsidir.

BRedaktə

  • Başqalarının boş yerə sərf etdiyi vaxtdan istifadə edən uğurlu adamlar irəli çıxırlar.
  • Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim.
  • Bir insanın universiteti bitirməsinə kömək edə bilərsiniz, lakin istəməzsə, ona düşünməyi öyrədə bilməzsiniz..[1]
  • “Boss kim olmalıdır?” soruşmaq, “Bu kvartetdə tenor kim olmalıdır?” soruşmaq kimidir. Əlbəttə ki, tenorla oxuya bilən.
  • Bugünə qədər edilən hər şeyi daha yaxşı formada etmək mümkündür.
  • Bütün dünyanın sənə qarşı yönəldiyini fikirləşirsənsə, təyyarənin küləyə qarşı uçduğunu unutma.

ÇRedaktə

  • Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr.

DRedaktə

  • Daha qabiliyyətli insanlar başqalrının həyat şəraitini yüngülləşdirərək cəmiyyəti irəli aparırlar.
  • Düşünmək ən çətin işdir. Məhz bu səbəbdən çoxları onunla məşğul olmur.

ERedaktə

  • Elə bir şey yoxdur ki, onu təkmilləşdirmək mümkün olmasın və ya hər şeyi indiyə qədər edildiyindən, daha yaxşı şəkildə etmək olar.

ƏRedaktə

  • Əgər 50 zəngin yəhudi ailəsinin pulları müsadirə edilərsə, müharibələr və inqilablar dayanar.
  • Əgər gələcək haqqında düşünməsəniz, əsla bir gələcəyiniz olmaz.
  • Əgər insanlardan nə istədiklərini soruşsaydım, onlar daha tez qaçan at xahiş edərdilər.
  • Əgər sən onu oxumağı bacara bilsən, hər bir əşya sənə tarixdən xəbər verər!
  • Əgər sənin entuziazmin varsa, hər şey edə bilərsən. Entuziazm, istənilən tərəqqinin əsasıdır.
  • Əgər siz nəyəsə qadir olduğunuzu düşünürsünüzsə, siz haqlısınız. Əgər siz düşünürsünüz ki, sizdə heç nə alınmayacaq, siz yenə də haqlısınız.
  • Əgər sizin üçün çətindirsə, deməli, yoxuşa gedəcəksiniz. Əgər sizin üçün asandırsa, deməli uçuruma uçursunuz.
  • Ən yaxşı dost, məndəki ən yaxşı istiqamətləri ortaya çıxaran insandır.
  • Ən yaxşı maşın yeni maşındır!

GRedaktə

  • Gələcəkdən qorxmaq, keçmişə də lazım olduğundan çox ehtiram bəsləmək lazım deyil. Kİm ki, uğursuzluqdan qorxur, o öz fəaliyyət dairəsini məhdudlaşdırır. Uğursuzluqdan öyrənirlər. Namuslu uğursuzluq eyib deyil, onun qarşısındakı qorxu eyibdir. Keçmiş faydalıdır, çünki o bizə sonrakı inkişaf üçün yolları və vasitələri göstərir.
  • Gimnastika tam bir cəfəngiyyatdır. Sağlam adama o lazım deyil, xəstə üçün isə zərərlidir.

HRedaktə

  • Heç bir şey çətin deyil, təki onu kiçik parçalara bölməsini bilək.
  • Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir. [2]
  • Hər bir işi xırda hissələrə böləndə onun yerinə yetirilməsi mümkünsüz olmur.
  • Hər şeyi indiyənə qədər edildiyindən daha yaxşı etmək olar.

İRedaktə

  • İnsan dəyişməyəndə ölür. Dəfnlər isə sadəcə olaraq bir rəsmiyyətdir.
  • İstənilən müştəri qara rəngə çatana qədər istədiyi rəngdə avtomobil ala bilər.
  • İstər edə bilməyəcəyinizi, istər edə biləcəyinizi düşünün. Haqlısınız.
  • Iş insanı həm maddi, həm də mənəvi cəhətdən təmin edir.

KRedaktə

  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır.

QRedaktə

  • Qadın nəinki bir vaqon həzz, eyni zamanda üç və hətta dörd ton problemdir.
  • Qüsur deyil, çarə tap.

MRedaktə

  • Maneələr, hədəfinizdən, gözlərinizi qaçırdıqda gördüyünüz ürküdücü şeylərdir.
  • Mən bunu istəyirəm. Deməli bu olacaq.
  • Mən heç vaxt “ Mənə lazımdır ki, siz bunu edəsiniz” demirəm. Mən deyirəm: “ Mənə maraqlıdır, siz bunu edə biləcəksinizmi?”
  • Mən hadisələri idarə edə bilməyəndə, hadisələrin özünü idarə etməsinə imkan verirəm.
  • Mən hər dəfə Alfa Romeonu görəndə şlyapamı çıxarıram.
  • Mən reklamın mənə hansı nəticə gətirəcəyini bilmirəm. Amma mən bir dollar qazansam, mən onu reklama sərf edərəm.
  • Mən yeni heç nə icad etməmişəm. Mən sadəcə olaraq, əsrlər boyu zəhməti olan digər insanların kəşflərini topladım. Əlli, on, hətta beş il əvvəl işləsəydim, uğursuz olardım. Hər yeni şeydə belədir. İrəliləyiş o zaman baş verir ki, onu yaradan bütün amillər hazırdır və bu, qaçılmazdır. Bəşəriyyətin ən böyük irəliləyişinə görə, nisbətən az adamın məsuliyyət daşıdığını öyrətmək ən pis cəfəngiyyatdır.
  • Mənim həyatım, mənim nailiyyətlərimdir
  • Mənim uğurumun sirri başqa adamlarını nöqteyi-nəzərini başa düşmək və şeylərə onun və öz nöqteyi nəzərimdən baxmaq bacarığımdadır.
  • Monarxiya, bəşəriyyətə məlum olan quruluşlardan ən yaxşısıdır.

ORedaktə

  • Odunu özün yarsan iki dəfə isinərsən.

ÖRedaktə

  • Öyrənməyi buraxan adam iyirmisində də olsa, səksənində də olsa yaşlıdır. Həyatdakı ən möhtəşəm şey zehini gənc tutmaqdır.

RRedaktə

  • Rəhbərliyiniz altında işləyənlərin özlərini hədsiz rahat hiss etməsinə, yerlərində həddindən artıq möhkəmlənməsinə imkan verməyin. Buna görə də həmişə onların gözlədiklərinin əksinə hərəkət edin. Qoy həmişə narahatlıq keçirib, sizə tərəf boylansınlar.

SRedaktə

  • Sizdə işləyənlərin həddindən artıq sakit yaşamalarına imkan verməyin. Həmişə onların sizdən gözlədiklərinin əksini edin. Qoy həmişə həyəcanlı olsunlar və geriyə baxsınlar.

ŞRedaktə

  • Şanssızlıq-bu sadəcə yenidən və daha ağıllı başlamaq üçün şansdır.

TRedaktə

  • Tərəqqi insanın özündən başlayır; yarı faizdən məqsədə doğru irəlilədikdə; tərəddüddən qətiyyətli birbaşalığa doğru irəlilədikdə; o, yetkinlikdən mühakimə yetkinliyinə qədər irəlilədikdə; o, şagirdlikdən ustalığa yüksəldikdə; o, əməyin adi bir diletantından işdə həqiqi sevinc tapan işçiyə yüksəldikdə; Nə vaxt ki, o, öz işini nəzarətsiz və təhrik etmədən yerinə yetirmək üçün həvalə oluna bilən birinə çevrilirsə, onda dünya irəliləyir!
  • Tərəqqinin qarşısını almaq sosial düşmənin əlindədir. Sosial ədalətdə hər bir irəliləyiş milləti bərqərar edir
  • Təslim olan insanlar məğlub olan insanlardan daha çoxdur.

URedaktə

  • Uğursuzluq - işə yenidən başlamaq üçün bir fürsətdir, lakin daha ağıllıdır.
  • Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var.

VRedaktə

  • Vaxt boş yerə xərclənməyini sevmir.

YRedaktə

  • Yalnız iki stimul insanları işləməyə vadar edir: iş almaq həvəsi və onu itirmək qorxusu.
  • Yaşlılar hər zaman pula qənaət etməyi məsləhət görürlər. Bu yanlış nəsihətdir. Qəpikləri gizlətməyin. Özünüzdən əlavə edin. Mən 40 yaşına qədər heç zaman qənaət etmədim.

ZRedaktə

  • Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır.

İstinadlarRedaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.110
  2. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.42