I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

I Axsitan
Doğum tarixi 12. əsr
Doğum yeri Şamaxı
Vəfat tarixi 1196
Vəfat yeri Şamaxı
Vikipediya məqaləsi

I Axsitan haqqında sitatlar

redaktə
  • Movakanın, Şirvanın və Dərbənddən Xalxala qədər dəniz sahilinin hökmdarı Aqsartan (Axsitan) Georgiyə (1156-1184) oğul münasibəti bəsləyirdi. Çünki o, böyük hökmdar Davidin bu ölkələrə ərə verdiyi bibisi Tamarın oğlu idi. Dərbənd xəzərləri bu Şirvanşahı sıxışdırmağa başlayanda, o, kömək üçün hökmdara müraciət etdi, hökmdar Lix dağlarının hər iki tərəfindən qoşun topladı, yunan imperatorunun qardaşı Androniki də özü ilə götürüb, Dərbənd qapısından keçərək Müskür, Şarabama (Şəbəran) mahallarını viran etdi və Şabran şəhərini aldı. Hökmdar şəhərin qapıları qarşısında olarkən Andronik onun və bütün qoşunun diqqətini cəlb etdi. Georgi şəhəri dayısı oğlu Şirvanşaha verdi. [1]
    • Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplusu.
  • Şirvanşah və Əmir Mirman çarəsiz vəziyyətə düşdülər. Belə ki, Şirvan ölkəsi o vaxt Allahın qəzəbinə düçar oldu: yerin silkələnməsindən Şəmaxiyyə şəhərinin divarları və qalaları uçulub dağıldı. Hər şey məhv oldu, eləcə də, Şirvanşahın arvadı və uşaqları həlak oldular. Onlar bundan xəbər tutduqda ağlayıb başlarına kül sovurdular, ətraflarına baxdıqda Allahdan başqa bir köməkçi və xilaskar görmədilər".[2]
    • Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplusu.

İstinadlar

redaktə
  1. Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.27- 28
  2. Иcтopия и вocxвaлeниe вeнцeнocцeв,