Jan Jores (fransız dilində:Auguste Marie Joseph Jean Léon Jaurès; 1859–1914) – fransız filosofu, tarixçisi.

Jan Jores
Doğum tarixi 3 sentyabr 1859
Doğum yeri Castres
Vəfat tarixi 31 iyul 1914
Vəfat yeri Paris
Dəfn yeri Panteon, Chaudun
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz keçmişdən kül deyil, od götürməliyik.
  • Cəsarət həyatı sevməkdən və ölümlə sakitliklə üzləşməkdən ibarətdir; idealı axtar.ır və reallığı dərk edir; nəticədən asılı olmayaraq, böyük səbəblərə əməl etmək və onlara dəstək olmaqdır; həqiqəti axtarır və onu söyləyir
  • Dənizə doğru enərkən çay öz mənşəyinə sadiq qalır.
  • Əsl vətənpərvər o kəsdir ki, hətta öz tərəfinə də həqiqəti söyləyir.
  • İnqilab — tərəqqinin barbar üsuludur.
  • İnqilab harada vicdan varsa, orada mümkündür.
  • Mən minlərlə və minlərlə insanı (Paris küçələrində) gördüm… onların hər biri digərlərindən tamamilə təcrid olunub. Və fikirləşirdim ki, onlar o vəziyyəti necə qəbul edə bilirlər, belə ədalətsiz ictimai quruluşun davam etməsi necə mümkün olur? (Kütlələrin bu qədər passiv olduğunu sonralar anladım), çünki onlar ictimai sistemin məhsulu olduğu kimi, eyni zamanda onun qurbanları idi; bu onlarda o qədər kök salmışdı ki, ona [sistemə] üsyan etməzdilər, çünki onunla eyniləşmişdilər.
  • Parlamentə ilk dəfə daxil olanda məktəbi təzə bitirmiş kimi idim. Bizdə övladlarının hərəkət etdiyi bütün dairələrdə siyasi mədəniyyəti təbliğ edən o ingilis aristokratiyası ilə müqayisə oluna bilən heç nə yoxdur. Fransa sistemi, universitet, demokratiyanın ocağına deyil, liberal burjuaziyanın təlim məktəbinə çevrilmişdi.
  • Zorakılıq zəiflikdir.

İstinadlar

redaktə