Jiddu Krishnamurti

Jiddu Krishnamurti (11 may 1895 – 17 fevral 1986) — Hindistan filosofu, natiq və yazıçı

Jiddu Krishnamurti
Doğum tarixi 12 may 1895
Doğum yeri Madanapalle
Vəfat tarixi 17 fevral 1986
Vəfat yeri Ojai
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağır xəstə halnda olan cəmiyyətə uyğunlaşmaq sağlamlıq ölçüsü deyil.
  • Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqanclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?
  • Birini sevməyin nə demək olduğunu bilirsinizmi? Baxdığınız bir ağacı, quşu və ya heyvanı sevə bilərsinizmi? Kölgənizdən istifadə etməsə, arxasınca getməsə, səndən asılı olmasa da, sənə cavab verməsə də, yenə də sevə bilərsənmi?
  • Bizim əməllərimiz bilik və zamana əsaslandığı üçün insan zamanın quludur. Düşüncə həmişə məhduddur, ona görə də biz münaqişə və mübarizə içində yaşayırıq. Psixoloji təkamül yoxdur…
  • Bütün ideologiyalar axmaq bir şeydir. İstər dini olsun, istər siyasi. Hər biri insanlar arasında bölgü yaradır.
  • Dinləyəcək, yaşayacaq, üzünü əbədiyyətə çevirəcək beş nəfər olsa, mənə bəsdir.
  • Əgər həyatınızı alt-üst etmisinizsə; onu dəyişdirin… Bu gün dəyişdirin, sabah yox. Əgər qərarsızsınızsa; Niyə qərarsız olduğunuzu öyrənin və qərarlı olun. Düşüncəniz düzgün deyilsə; düzgün, ardıcıl düşünün.
  • Hər birimiz məşhur olmaq istəyirik. İnsan bir "nəsə" olmaq istədiyi sürəcə azad olmayacaq.
  • Hər kəsdə bir dünya var və əgər sən necə baxmağı və öyrənməyi bilirsənsə artıq qapını tapmısan və açar da sənin əlindədir. Yer üzərində heç bir kəs sənin yerinə bu qapını aça bilməz.
  • Həssaslıq və emosionallıq eqoizmin bir növüdür. Hisslərlə dolu olmaq sevgi deyil, çünki həssas insan hisslərinə cavab almadıqda, öz hisslərini ifadə edə bilmədikdə qəddar bir adam ola bilər. Sentimental, öz dini uğrunda göz yaşları tökən bir insan, sevgi hissindən məhrumdur. Əsl hörmət olmayan yerdə sevgi yoxdur, istər xidmətçiniz olsun, istərsə də dostunuz olsun, əgər siz ona hörmət etmirsinizsə, burada sevgi yoxdur.
  • İnsanın içində bütöv bir dünya var və əgər bu dünyaya baxmaq və onu öyrənmək istəyirsənsə, qapı oradadır və açar sənin əlindədir. Yer üzündə səndən başqa heç kim o açarı sənə verə və ya o qapını aça bilməz.
  • Qorxmaz insan aqressiv insan deyil, heç bir qorxu hissi olmayan insan azad və sakit insandır.
  • Məncə, həqiqət keçilməz bir yoldur və sən bu yolu din və yaxid hər hansısa bir məzhəblə keçə bilmərsən.
  • Məntiqli düşünən şəxs diqqətsiz insandır, çünki o qaydalara uyğunlaşmağa çalışır, o şablonları təkrarlayır və dərin düşünür.
  • "Nəyin axtarışındayıq?" Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq — pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur.
  • "Özünü dərk etmək". Özünü dərk etmə prosesi bizə başqa bir insan tərəfindən aşılana bilməz, hansısa bir kitabdan yararlanaraq bunu əldə də bilmərik. Onu kəşf etməliyik, kəşf etmək üçün də ortada niyyət, axtarış, araşdırma olmalıdır. O öyrənmə, dərin şəkildə araşdırma zəif olduğu və ya ümumiyyətlə olmadığı zaman səthi şəkildə özünü dərk etmə istəyinin də bir mənası yoxdur. Cəsarət çox vacibdir, bu insanı azad edir. Ancaq cəsarətlə kəşf edə bilər, yaşaya bilərsiniz. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var.
  • Özünü dərketmənin bir sonu yoxdur – bu məsələdə bir uğur əldə edə və ya bir nəticəyə gələ bilmərsiniz. O sonu olmayan bir çaydır. İnsan onu öyrəndikcə, ona daldıqca, hüzur tapar.
  • Özünüzdən aşağı hesab etdiyiniz qulluqçunuza qarşı sayğılı, mərhəmətli və səxavətli deyilsiniz, bunu nə vaxtsa müşahidə etmisiniz? Siz ancaq özünüzdən yüksəkdə duran şəxslərə hörmət edirsiniz: müdirinizə, milyonçuya, böyük evi olan adama, yüksək titullu insana, sizə yüksək vəzifə verə bilən adama hörmət edirsiniz. Ancaq sizdən vəzifəcə aşağı olanları vurursunuz, onlarla danışmağa xüsusi diliniz var. Ona görə də hörmət olmayan yerdə də sevgi yoxdur, mərhəmət, şəfqət, rəhmdillilik olmayan yerdə sevgi yoxdur. Əgər həqiqətən də hörmət edirsinizsə, o zaman ən aşağı təbəqəyə də yüksəkdəkilərə qoyduğunuz hörmətlə yanaşın: belə olmadığınız müddətcə sevgi də olmaz.
  • Sevgi hiss deyil. Zövq deyil, istək deyil, məmnunluq deyil. Qısqanclıq və ya nifrət də deyil. Bunu yaşamaq üçün gözəlliyə çox həssas olmaq lazımdır. Söhbət qadın və ya kişi gözəlliyindən getmir… Haqqında danışdığım gözəllik eqo olmayan yerdə mövcuddur.
  • Sürətlə axan həyat çayının yanında insanlar özlərinə kiçik bir hovuz qazırlar, o hovuzda iylənir, o hovuzda ölürlər.
  • Şəfqət həyatın yetkinliyinin mahiyyətidir.
  • Tanrıya inam səni monoton və cansıxıcı həyatdan xilas edəcək.
  • Təhsildə son deyə bir şey yoxdur. Bir kitabı oxuyub bitirməklə və yaxud imtahandan keçməklə bitmir təhsil. İnsan bütün həyatı boyu — doğulandan ölənə qədər, öyrənir.
  • Təhsilin əsl məqsədi oyanmaqdır.
  • Təhsilin sonu yoxdur. Kitab oxumaq, imtahan vermək və təhsillə bitirmək deyil. Doğulduğunuz andan öldüyünüz ana qədər bütün həyat bir öyrənmə prosesidir.

İstinadlar

redaktə