Karamazov qardaşları

Karamazov qardaşları – Görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin romanı.

Karamazov qardaşları
Братья Карамазовы, The Brothers Karamazov
Janr seriallaşdırılmış bədii ədəbiyyat
Müəllif Fyodor Dostoyevski
Orijinal dili rus dili
Yazılma ili 1878
Nəşr ili 1880
Nəşriyyat The Russian Messenger
Əvvəlki Gülünc adamın yuxusu (hekayə)

Əsərdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acı çəkməkdən qorxma, ürəyin sakitlik tapacaq.
  • Adamlar təmiz bir insanın yıxılıb, biabır olmasına hər zaman sevinirlər.
  • Aşiq olmaq, sevmək deyil. İnsan nifrət edərkən belə aşiq ola bilər.
  • Başqasını mühakimə etməyə haqqın olmadığını heç vaxt unutma. Çünki günahkarı mühakimə edən hakim belə qarşısında dayanan mütəhhim qədər günahkar olduğunu, o adamın törətdiyi cinayətdə hər kəsdən çox məsuliyyət daşıdığını bilməlidir.
  • Biz dünya xalqlarından daha müqəddəs deyilik, çünki biz bura gəlib özümüzü bu divarlar arasında bağlamışıq, əksinə, kim bura gəlibsə, artıq ora gəldiyinə görə, onun dünya insanlarından daha pis olduğunu özündə anlayıb və yer üzündəki hər bir insandan… Və rahib dörd divar arasında nə qədər çox yaşayarsa, bir o qədər dərindən dərk etməli olacaq.
  • Cəhənnəm sevə bilməməyin yaratdığı əzabdır.
  • Dəlilər tanrının əmanətidir.
  • Əgər bir qadına "günahkaram, məni bağışla" desəniz, o zaman onun sitəmlərindən yaxanızı qurtara bilməyəcəksiniz. Onlar sizi daxili bir sadəliklə bağışlamaz, əksinə sizi heç nəyə çevirib, olmamış söhbətlər icad edib, sizi ora qarışdırar. Küncdə-bucaqda ilişib qalmış hər xırda hadisəni bir-bir toplayar, heç nəyi unutmaz. Və bütün günahları sizin boynunuza yüklədikdən sonra bağışlayar. Bütün qadınlar belədilər.
  • Günahdan qorxmayın. Günah edən insanları da sevin. Belə bir sevgi ilahi sevginin nümunəsi, yer üzünün ən böyük sevgisidir.
  • Heyvanları sevin, çünki tanrı onlara saf bir sevinc duyğusu bağışlayıb.
  • Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin, əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır.
  • Hər şeydən əvvəl, özünə yalan danışma. Özünə yalan danışan, öz yalanını dinləyən insan elə bir həddə çatır ki, nə içindəki, nə də ətrafındakı həqiqəti ayırd edə bilmir və bu səbəbdən özünə və başqalarına olan hörmətini itirir. Hörməti olmayan isə sevməyi dayandırır.
  • Həyatımızda ən yüksək, ən güclü və faydalı dayağımız ata ocağından qalma xatirələrimizdir.
  • Həyatımızın onlarsız mümkün olmadığını bildiyimiz, mələk hesab etdiyimiz qadınların hamısının daxilində belə bir canavarlıq vardır.
  • Xoşbəxtliyin dərinliyinə çatmaq üçün insana bircə gün belə bəs edər.
  • İnsanın ən dəyərli xatirələri ailəsilə yaşadığı uşaqlıq illərinə aid xatirələrdir.
  • İnsanlar xoşbəxtlik üçün yaradılmışdır və tam xoşbəxt olanın öz-özünə deməyə haqqı var: "Mən yer üzündə Allahın iradəsini yerinə yetirirəm".
  • İnsanlar peyğəmbərləri qəbul etməz, onları öldürüb möcüzələrini sevərlər. Sonradan isə yox etdiklərini müqəddəsləşdirərlər.
  • İnsanları döyməyə meyilli olanlar arasında elələri var ki, kimisə döyərkən tam mənası ilə qızışıb sonunda şəhvət hissi duymağa başlayır.
  • İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrıldıqları zamandır.
  • İsanın insan sevgisi dünyamız üçün mümkün olmayacaq, möcüzə kimi bir şeydir.
  • Qəlbinizdə qalan tək bir xatirənin belə bir gün faydasını görəcəksiniz.
  • Müqəddəs uşaqlıq illərindən qalan bir xatirə belə tərbiyənin ən yaxşısıdır. Belə xatirələrdən yaddaşına çoxluca toplayıb həyat yoluna çıxan insan bütün ömrünə inamla baxa bilər.
  • Pisliyin ləzzəti bambaşqadır. Hər kəs özünü ondan uzaq tutub, lənətləyər. Amma yenə də pislik etməklə yaxa qurtara bilməz.
  • Rusiyanın qurtuluşu xalqdadır.
  • Sevgi tərbiyəedici bir qüvvədir. Fəqət bu çox çətin və xeyli zaman alacaq bir işdir.
  • Sizdən soruşuram. Yüksək düşüncələr kimlərə məxsusdur? Bir kənara çəkilib özü üçün yaşayan varlıyamı, yoxsa özünü hər cür madiyyatdan, vərdişlər zəncirindən xilas etmiş insanmı?
  • Şeytan mövcud deyilsə, deməli onu insan icad etmişdir.
  • Təbiətdə insanların kor inancları qədər gülməli heç nə yoxdur.
  • Uşaqları sevin. Çünki onlar da mələklər kimi günahsızdılar. Və qəlblərimizi paklandırmaq üçün yaradılıblar.

İstinadlar

redaktə