Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi!
Artıq aramızdakı uzaqlıqdan özünə qalın matəm geyimi tikdirə bilərsən. Televizorumun göstərmədiyi bir kanal kimisən artıq. Sən get, bambaşqa yataq otaqlarında sıradan insanların bədənlərini bəzə!
"Sevirəm, bağışla" dedi. O an insanın yalnız ağzıyla gülmədiyini anladım.
Sən gedəndə “boş ver, dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın səndən ibarət olduğunu necə anlada bilərdim axı.
Sənə sümük yox, eşq verdim. İndi itlik etməyin mənası yoxdu. Getmə deyirəmsə, getmə.
Səni yatarkən izləmək vardı indi… Qoxunda sərxoş olmaq… Səni oyandırmaq üçün can atmaq, amma qıya bilməmək.
Sənin həmişə “səni sevirəm, amma...” ların vardı, mənim isə “Amma səni sevirəm”lərim.
"Sənin üçün ölərəm" dedi. "Mənim üçün onsuz da ölmüsən" dedim. Cəsədini götürüb çıxdı.
Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən.
Soyuq və şəkərsiz çay kimisən. Nə içimi isidirsən, nə ağzıma dad verirsən, sadəcə yuxumu qarışdırırsan.