Kitabi Dədə Qorqud
Oğuz türk dastanı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağır yüklər zəhmin qatır bilir.
- Ağlamaqla nəsnəmi olur?
- Aldadıban ər tutmaq övrət işidir.
- Allah-Allah deməyincə işlər önməz.
- Alp ərə qorxu vermək eyib olur.
- Alp ər ərdəb adın yatırmaq eyib olur.
- Ana haqqı, Tanrı haqqı.
- Arı könüldə pas olsa, şərab açar.
- At qulağı saq olur.
- At işləməsə, ər öyünməz.
- At işlər, ər öyünər.
- At yeməyən acı otlar [bitincə], bitməsə yey.
- Ata adın yürüdəndə dövlətli oğul yey.
- Ata adını yürütməyən xoyrat oğul, ata belindən enincə enməsə yey.
- Ata ayağı kölük, ozan dili çevik olur.
- Ata dururkən oğul əlimi öpərlər?
- Ata malından nə fayda, başda ağıl olmasa.
- Ayrı-ayrı yollar izin dəvə bilir.
B
redaktə- Baba malından nə fayda, başda dövlət olmasa?
- Baş əsən olsa, börk bulunmazmı olur?
- Başıma qaxınc, üzümə toxunc.
- Bir dama dirək ururlar, o dama dayaq olur [durur, şöylə ki, dayağı gedirsələr, dam yıxılar].
- Bir yigitin Qaradağ yumrusunca malı olsa, yığar durur, tələb eylər, nəsibindən artığın yeyə bilməz.
- Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.
Ç
redaktə- çənli beldə at oynayar
Çıxan can geri gəlməz.
D
redaktə- Daim gəldiyində dursa, dövlət yaxşı.
- Dərin olsa batırar, yayanın umudu olmaz.
- Dəvəcə böyümüşsən, köşəkcə əqlin yox.
- Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim.
- Dövlətli oğul qopsa, ocağının gözüdür [tirkeşində tiridir]. Dövlətsiz oğul qopsa, ocağının külidir.
- Dünlə karvan köçdüyün torağay bilir.
Ə
redaktə- Əcəl vədə irməyincə kimsə ölməz.
- Əl-aqibət, uzun yaşın ucu ölüm, axırı ayrılıqdır.
- Ər ağırın, ər yünüsün at bilir.
- Ər comərdin, ər nakəsin ozan bilir.
- Ər, ərdən adın yaşırmaq eyib olur.
- Ər malına qıymayınca adə çıxmaz.
- Əski donun biti, öksüz oğlanın dili acı olur.
- Əski pambıq bez olmaz.
- Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
G
redaktə- Gəlimli, gedimli dünya!Son ucu ölümlü dünya!
- Gənəz yerlər çəmənlərin qulan bilir.
- Gen qapıyı qoydu, dar bacadan çıxdı.
- Getdikdə yerin otlaxların keyik bilir.
İ
redaktə- İklü ulalur, qabırğalı böyür.
- İssiz yerin qurdu kimi ulaşdılar.
K
redaktə- Kişi qoynunda yatan halalına sirrini deməzmi olur?
- Könlün yuca tutan ərdə dövlət olmaz.
- Kül təpəcik olmaz.
Q
redaktə- Qaraqoç atlar əsən olsa, qulun doğar.
- Qaraqoçlar qarısa, kürüm verməz.
- Qara eşşək başına üyən ursan, qatır olmaz.
- Qaravaşa don geyirsən, qadın olmaz.
- Qardaşlı yigitlər qalxar-qopar olur.
- Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa, ağlayuban dörd yanına baxar olur.
- Qarı duşman dost olmaz.
- Qadir Tanrı verməyincə, ər bayımaz.
- Qədəmi qutsuz gəlin deyincə, udsuz gəlin desinlər.
- Qız anadan görməyincə öyüd almaz.
- Qızların yolu əvvəldir.
- Qırımından dönməsə, qaşmasa, ərlik yaxşı.
- Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər.
- Qonağı gəlməyən qara evlər yıxılsa yey.
- Qurd ənigi yenə qurd olur.
- Qurd üzi mübarəkdir.
M
redaktə- Mən aşağı qulpa yapışıram, sən yuxarı qulpa.
N
redaktə- Nə yerdə sızlayır varsa, çəkən bilir.
O
redaktə- Oğlan atadan görməyincə süfrə yaymaz.
- Oğlan quş ürəkli olur.
- Oğul atanın yetiridir, iki gözünün biridir.
- Oğuzun arsızı Türkmanın dəlisinə bənzər.
Ö
redaktə- Ölən adam dirilməz.
- Öyünməklə övrət ər olmaz.
S
redaktə- Su haqq didarın görmüşdür.
T
redaktə- Tanrının birliyinə yoxdur güman.
- Təkəbbürlük eyləyəni Tanrı sevməz.
- Təpəcə böyümüşsən, darıca əqlin yox.
- Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.
U
redaktə- Ulaşıban sular daşsa, dəniz olmaz.
Y
redaktəYolüstə yol salınmaz
- Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salır gedər, gördüm deməz.
- Yalnız yigit alp olmaz. Yovşan dibi bərk olmaz.
- Yapaqlı gökcə çəmən güzə qalmaz.
- Yapa-yapa qarlar yağsa, yaza qalmaz.
Xarici keçidlər
redaktəVikipediya yoxdur başqa məqalə tap!{yoxdur}