Klod Adrian Helvetsi

Helvetsi Klod Adrian (1715–1771) — fransız filosofu.

Klod Adrian Helvetsi
Doğum tarixi 26 yanvar 1715
Doğum yeri rue Sainte-Anne
Vəfat tarixi 26 dekabr 1771
Vəfat yeri Paris
Dəfn yeri Müqəddəs Rox kilsəsi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamların xoşuna gəlmək istəyirsən? Onların ağlına yüksək qiymət ver.
  • Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir.
  • Ağıl və sevgi xasiyyəti yumşaldır.
  • Başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz.
  • Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir.
  • Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.
  • Bütün insanlar yalnız xoşbəxtlik üçün çalışırlar. Onları bu istəkdən döndərmək mümkün deyil və buna nail olmaq təhlükəli olardı. Onları fəzilətli etmək ancaq şəxsi mənfəətlə ümumi mənfəəti birləşdirməklə mümkündür.
  • Bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır.
  • Cahillikdə ağıl yemək çatışmazlığından ləngiyir.
  • Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir.
  • Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.
  • Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir, maarifdir, müdriklikdir.
  • İctimai səadət-ən yüksək qanundur.
  • İlk rəssamın qələmini məhəbbət yonmuşdur.
  • İnsanların xoşbəxtliyi ondadır ki, eləməli olduqlarını eləməyi sevsinlər.
  • İstəklər sevginin çiçəkləridir, həzz isə meyvələridir.
  • Müdriklik məsləhətlərə, tale hadisələrə başçılıq edir.
  • Oğurlanmış öpüş istila edilmiş krallıqdan yaxşıdır.
  • Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edir.
  • Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.
  • Rəqabət dahiləri, məşhur olmaq arzusu isə istedadları yetişdirir.
  • Sevgi əsas məşğuliyyət olduqda əxlaqi günah olur. O, onda ağılı zəiflədir və qəlbi pisləşməyə məcbur edir.
  • Səhv edə bilmək qorxusu bizi həqiqət axtarışlarından çəkindirməməlidir.
  • Sən insanların xoşuna gəlmək istəyirsən? Onların ağlını qiymətləndir.
  • Sərvət müdrikin qulu, axmağın isə ağasıdır.
  • Sinif otaqları şirin uşaqlarla doludur, amma dünya axmaq insanlarla doludur.
  • Şöhrət sevgisi yalnız öz növünü sevindirmək istəyidir.
  • Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir. [1]
  • Təcrübə göstərir ki, insan istənilən insanı səhv hesab edir və onun baxışları ilə ziddiyyət təşkil edən hər kitab pisdir.
  • Təəccüblənmək üçün bir dəqiqə kifayətdir. Heyratamiz bir şey hazırlamaq üçün isə uzun illər lazımdır.
  • Tərbiyə hər şeyə qadirdir.
  • Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar.
  • Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər.
  • Yeni ideya müqayisə edilməmiş iki fikrin müqayisəsi nəticəsində meydana çıxır.

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

Vikipediyada Klod Adrian Helvetsi haqqında məqalə var.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.428