Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883, Overni, Fransa - 10 yanvar 1971, Paris, Fransa) — Fransalı modelyer.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Belə qəbul olunub ki, dəbdəbə – səfalətin əksidir. Yox, o vulqarlığın əksidir.
- Bəzi insanlar düşünürlər ki, ləl-cəvahirat yoxsulluğu göstərir. Xeyr, bu, ədəbsizliyin göstəricisidir.
- Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir.
- Budur əsl şöhrət - Yalnızlıq.
CRedaktə
- Canlı olan çirkin ola bilməz.
DRedaktə
- Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər.
- Dəb keçir, stil qalır.
- Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir.
- Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır.
ERedaktə
- Elə paltar geyinin ki, rahat soyuna biləsiniz.
ƏRedaktə
- Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib.
- Əgər insan bütün qadınlar haqqında pis danışırsa, deməli, hansısa qadın onu incidib.
- Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir.
- Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur.
- Əsl alicənablıq nankorluğu bağışlamağı bacarmaqdır.
- Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.
- Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.
- Ətir vurmayan qadının gələcəyi yoxdur.
- Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.
HRedaktə
- Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş.
- Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, o zaman heç vaxt etmədiyiniz şeyi etməlisiniz!
- Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır.
- Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.
- Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...
- Hər şey öz əlimizdədir, ona görə də onları əldən vermək olmaz.
GRedaktə
- Gənc qadın məndən “Ətirdən harada istifadə etmək lazımdır?” deyə soruşdu. Mən isə “Harada ki, ərinizin sizi öpməyini istəyirsiniz” cavabını verdim.
- Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək.
- Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir!
- Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz.
İRedaktə
- İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.
- İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.
- İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın.
KRedaktə
- Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.
QRedaktə
- Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.
- Qadını heç nə bahalı kostyum qədər yaşlı göstərmir.
- Qadının ən dəbli aksessuarı və bəzəyi — yaraşıqlı kişidir!
- Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin.
- Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!
MRedaktə
- Mən anlamıram ki, bir qadın səliqəli geyinmədən necə evdən çıxa bilər?! Bəlkə həmin gün sizin taleyinizdə dönüş nöqtəsi olacaq...
NRedaktə
- Niyə qadınlar kişilərdə olanları istəyirlər? Axı biz də kişilər sahib olmayana sahibik - Kişilərə.
ORedaktə
- O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı.
PRedaktə
- Paltar asılqanda gözəl görünə bilər. Amma onun əsl gözəlliyini qadının əynində olanda dəyərləndirmək lazımdır.
- Paltarda qadın axtarın. Qadın yoxdursa, paltar da yoxdur.
- Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.
- Pis geyinsəniz sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz sizi yadda saxlayacaqlar.
SRedaktə
- Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.
- Sıxıntı və monotonluq üçün vaxt yoxdur. İş üçün, sevgi üçün vaxt var.
TRedaktə
- Təbiət sizə 20 və ya 30 yaşınızdakı simanızı verir. Lakin 50 yaşınızda sahib olduğunuz sima sizin layiq olduğunuzdur.[1]
VRedaktə
- Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin.
YRedaktə
- Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.
ZRedaktə
- Zəriflik gənclərin müstəsna hüququdur.
- Zövqsüzlüyün də çərçivəsi var. Yalnız zövqlülük əbədidir.