Koroğlu (dastan)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ala qarğa bülbül olsa,
    Gülün qədrini nə bilər!
  • Atılan ox geri dönməz,
    Qoç Koroğlu, qoç Koroğlu.
    Qarı düşmən qardaş olmaz,
    Qoç Koroğlu, qoç Koroğlu.
  • Binadan gözəl olmayan,
    Telin qədrin nə bilir?
    Çöldə gəzən boz sərçələr,
    Gülün qədrin nə bilir?
  • Çünki oldun dəyirmançı,
    Çağır gəlsin dən, Koroğlu.
  • Geydiyim iyid kürküdü,
    Dünya Süleyman mülküdü,
    Dövlət ki var, əl çirkidi,
    Şad ol, könül, nə məlulsan?
  • İgid dil açmaz, əl açar.
  • İyid gərək qürbət eldə yaslana,
    Çətin Misri qılınc qında paslana,
    Min tülkü neyləyər bir ac aslana?
    Ölər əcəm oğlu, getməz bu yerdən!
  • İgid gərək yar sevməyə,
    Özü tək gedə, tək gedə
  • Kəl qoşub kotan əkməyən,
    Nanın süfrəyə tökməyən.
    Arının qəhrin çəkməyən,
    Balın qədrin nə bilir?
  • Koroğlunun atı olsa,
    Dəmir-polad qatı olsa,
    Bir iyidin zatı olsa,
    Pullu da olur, pulsuz da olur.
  • Koroğluyam, haşa çəkmərəm mərddən,
    Müxənnət iş əysiy olmaz, namərddən.
    Bir keçi canını qurtarsa, qurddan,
    Baxar buynuzuna, kərkədan olar.
  • Qəmli könül dəmə gəlməz,
    Dərdi olan ağlar, gülməz,
    Qorxaqlar ər qədrin bilməz,
    Ağlama, Nigar, ağlama!
  • Qoç quzudan quzu törər, qoç olar.
  • Min tülkü neyləyər bir ac aslana?
  • Sarı qayalarda heç yurd olmaz,
    Müxənnətə söz dərd olmaz,
    Çaqqal əniyi qurd olmaz,
    Yenə qurd oğlu qurd olu.
  • Səbirsizlik adama həmişə ziyan verər.
  • Varın olsa gəlib yeyib, içərlər.
    Yoxsul olsan qohum-qardaş yad olu.

İstinadlar

redaktə