Lüdviq Andreas Feyerbax
Ağlı olmayan adamı aldadır, gözünü bağlayır, istismar edirlər.[1]
Dünya boş-bekar adam üçün heçdir.
Ən uca və ən dərin sevgi, ana sevgisidir.
Əsl yazıçılar insanlığın vicdanıdır.
Heç bir şey olmamaq və heç bir şeyi sevməmək, eyni şeylərdir.
Həqiqi əxlaqlı adam vəzifəsinə görə deyil, təbiəti etibarı ilə əxlaqlıdır.
İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur.
İnsan öz qüvvəsinə inandığı vaxt istədiyinə nail olur.
İnsan üçün insan gözəlliyi gözəlliklərin ən yaxşısıdır.
İnsanı tanımaq üçün onu sevmək lazımdır.[2]
Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq.
Ünsiyyət insanı nəcibləşdirir və ucaldır; insan cəmiyyət arasında istər-istəməz özünü başqa cür - təklikdə olduğundan daha ləyaqətlə aparmağa çalışır. İnsan həmişə təkbaşına qalsaydı çox tez vəhşiləşərdi.
Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir.