- Acgöz insanı ancaq torpaq doydurar.
- Ağıllı olub bədxah olmaqdansa, ağılsız olub xeyirxah olmaq yaxşıdır.
- Ana evin dirəyidir.
- Ana hara - qız da ora.
- Ancaq verən əl bilir, yeyən mədə yox.
- Arvadı yaxşı olan səadət gəzməz, pis olan - ölüm.
- At qovulmaz, eşşək gəlib ötməsə.
- Bacaran od qalasa, dənizin dibində də yanar, bacarmayan qalasa, quruda da yanmaz.
- Balaca balta böyük ağacı aşırar.
- Biçinə bir saat gecikən, bir ilə çata bilməz.
- Bihudə savaşan, minnətsiz barışar.
- Canının qorxusundan siçan da dişlər.
- Cəsarət təkcə atı deyil, özünü də idarə etmək bacarığıdır.
- Çaya atılan daş ayaq qoymağa lazım olar.
- Çayın dərin olub-olmadığını bilmək üçün daş atarlar.
- Çörək olmayanda, çörək dostları da olmur.
- Danışan dəli olanda, gərək qulaq asan ağıllı ola.
- Dilənçi doğulmaqdansa, heç doğulmasan yaxşıdır.
- Divarın qulağı var, tavanın - gözü.
- Dostun min də olsa azdır, düşmənin - bir də olsa çox.
- Dövlətli babasının da dəfninə xərc çəkə bilir, kasıb doğma atasına yox.
- Düz söz poladı kəsər.
- Evlənməmiş oğula, ərə getməmiş qıza etibar yoxdur.
- Gözəl - könül sevən olur, yoxsa könül sevən - gözəl olur?!.
- Xəncərlə ala bilmədiyini xoş sözlə alarsan.
- Xoş söz poladı kəsər.
- İkiüzlü dostdan düşmən yaxşıdır.
- İlanı gərək əjdaha olmamış öldürəsən.
- Qamçı ilə vurmazdan əvvəl ata bax.
- Qardaş var ki, qardaşının ölməyini də istəmir, artmağını da.
- Qocalmış qurd çəyirtkəylə dolanar.
- Qorxaqın itirdiyini qoçaq tapar.
- Qorxuda həya olmur, zorda - abır.
- Məhəbbətsiz ailə köksüz ağac kimidir.
- Məsləhət eləyən səhv eləməz.
- Özgə ovlayan quşu aslan yeməz.
- Özümünki saymasa, özgə heç saymaz.
- Özünə xeyir verən, özgəyə də xeyir verər.
- Pis gün dönüb yaxşı olar, pis adam yaxşı olmaz.
- Sakit pişik quyruğun böyüyünü sürükləyər.
- Sevgisiz ailə köksüz ağac kimidir.
- Sözün mənzili qısa olar.
- Sözün yaxşısı qısa olur, ipin yaxşısı - uzun.
- Tez nahar edənlə tez evlənən peşman olmaz.
- Ulaq toyda da su daşıyar.
- Ürəkdən ağlayanda korun da gözündən yaş gələr.
- Vətən doğma anadır, qürbət ögey ana.
- Yarpaq tökülsə də ağac yaşayır.
- Yuxudan plov bişirmək olmaz: yağ və düyü lazımdır.
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015