Alfons de Lamartin
(Lamartine səhifəsindən yönləndirilmişdir)
Alfons Lamartin (Fransız dilində: Alphonse Marie Louis de Prat de Lamartine; 1790 — 1869) - fransız yazıçısı, şairi, siyasi xadimi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilərsən.
BRedaktə
- Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi? Onun içki içdiyi o stəkana şərab deyil, arvad-uşaqlarının göz yaşları və qanı doldurulub.
DRedaktə
- Dostluğun qiymətini ancaq əsl dostun olanda başa düşərsən.
- Dünyaya bir dəfə baxmaq məcburiyyətindəsənsə yalnız İstanbula bax!
HRedaktə
- Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır.
- Həyatın mənası aramsız axtarışlardan ibarətdir.
XRedaktə
- Xalq ancaq hiss etdiyini başa düşür. Xalq yalnız onun hisslərini coşdurmağı bacaranları gözəl natiq zənn edir.
- Xalq ölkənin ürəyidir.
İRedaktə
- İnsanlara insan kimi münasibət bəsləməliyik. Pislik edə-edə, tər tökə-tökə kölə kimi yaşamağa son qoymalıyıq.
- İnsanların böyüklüyü nə ilə ölçülürsə ölçülsün, dünyaya Həzrəti Məhəmməddən böyük bir insan gəlməyəcək.
- İnsanlığa şərəf verən türk millətinə düşmən olmaq insanlığa düşmən olmaqdır.
- İrq və millət olaraq məncə Türklər geniş imperatorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır.
QRedaktə
- Qorxu və ümid bir-birinə bağlıdır: qorxusuz ümid, ümidsiz də qorxu ola bilməz.
ŞRedaktə
- Şairlər və qəhrəmanlar bir tayfadandır. Onların arasındakı fərq ideya və amal arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. Alfons de Lamartin
TRedaktə
- Tək bir adam üçün darıxarsınız və hər yer kimsəsiz gələr.
VRedaktə
- Vicdan qanunlar qanunudur.