Larri Kinq (ing. Larry King) əsl adı: Lourens Harvi Zeyqer (ing. Lawrence Harvey Zeiger; 19 noyabr 1933, Bruklin, Nyu-York ştatı) — ABŞ telejurnalisti.

Larri Kinq
Doğum tarixi 19 noyabr 1933
Doğum yeri Bruklin, Nyu-York ştatı
Vəfat tarixi 23 yanvar 2021
Vəfat yeri Sedars-Sinay Tibb Mərkəzi
Dəfn yeri Hilsayd qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • “Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.
  • “Artıq” sözünü “hələ” sözü əvəzinə işlədərək, baxış bucağınızı dəyişdirin. Məsələn, “Siz hələ də bitirməmisiniz?” əvəzinə “Siz artıq bitirmisiniz?” deyin…
  • “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
  • “Etməliyəm” əvəzinə “Edəcəyəm”, “Etmək istəyirəm” deyin. “Mən ilk əvvəl bir az fikirləşməliyəm,” əvəzinə “Bir az fikirləşmək istəyərdim,” demək daha məqsədəuyğundur.
  • “Əgər” sözünü “Bu andan etibarən” sözüylə əvəzləyin. Məsələn, “Əgər mən tövsiyələrə qulaq assaydım..,” əvəzinə “Bu andan etibarən, tövsiyələrə qulaq asacağam” deyin. Çünki birinci halda siz ancaq keçmiş üçün peşmançılıq hissi keçirir və heç bir şeyi dəyişmirsiniz. İkinci halda isə, bunu tamamilə dəyişir və fayda əldə etmək üçün hərəkətə keçmiş olursunuz.
  • Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
  • Öz lüğətinizdən “düzünü desəm” ifadəsini tamamilə çıxarın, çünki bu elə səslənir ki, sanki düzlük, həqiqəti söyləmək sizin üçün istisnadır.
  • “Sadəcə” sözünü həmişəlik unudun və ya başqa sözlə əvəzləyin. Məsələn, “Mən sadəcə olaraq öz fikrimi deyirəm”, “Bu sadəcə bir ideyadır,” əvəzinə “ Bu mənim fikrimdir”; “ Bu mənim ideyamdır,” deməyiniz kifayətdir.
  • “Səhv” sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. “Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq,” demək “Sən səhv etdin. Bütün günahlar səndədir,” deməkdən qat-qat nəzakətli və faydalıdır.
  • Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavablarıyla qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür.

İstinadlar

redaktə

Vikianbarda Larry King ilə əlaqəli mediafayllar var.

Vikipediyada Larry King haqqında məqalə var.