Möhsün Yazıçıoğlu
türk siyasətçi
Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009, Göksun, Qəhrəmanmaraş ili) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı.
Möhsün Yazıçıoğlu | ||||
Doğum tarixi | 31 dekabr 1954 | |||
Doğum yeri | Sarqışla | |||
Vəfat tarixi | 25 mart 2009 | |||
Vəfat yeri | Göksun | |||
Dəfn yeri | Ankara | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir qar dənəsi olsam, Məkkəyə düşmək istərdim.
- Biz qan tökməyi sevən xalq deyilik, amma vətəndirsə, dünyanın şah damarını kəsəcəyik!
- Bizim millətçiliyimiz bölücü deyil, birləşdirici, qarşıdurma deyil, sakitləşdiricidir.
- Bu adamın haqqını vermək lazımdır. Pişiyini belə verməzdi… Kürd bizim qardaşımızdır, qohumumuzdur, əziz dostumuzdur. Kürd pişiyi, keçisi və özü türk milləti üçün dəyərlidir. Bərzanidən istədiyimiz pişik deyil, PKK liderləridir.
D
redaktə- Dövlətə, millətə güllə atanlara yox, oxumaq istəyirəm deyənlərə bağışlanma diləyirəm!
İ
redaktə- İki saniyə sonrasına zəmanətimiz olmayan bir həyata görə fırıldaq olmağa ehtiyac yoxdu.
Q
redaktə- Qan tökməyi sevən bir millət deyilik, ancaq söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik!
M
redaktə- Mən qar dənəciyi olsaydım, Məkkəyə düşmək istərdim.
- Mən türkəm,
türk əsir olmaz
Mən türkəm,
türk bayraqsız olmaz. - Firona qarşı çıxmaq kifayət deyil, Musanın yanında olmaq lazımdır!
Ö
redaktə- Ölüm kafirlər üçün dəhşətli bir sondur, möminlər üçün isə nə gözəl başlanğıcdır!
T
redaktə- Türkiyə İran deyil. Türkiyə Əlcəzair olmayacaq. Türkiyənin Suriyaya çevrilməsinə imkan verməyəcəyik.
U
redaktə- Uşaqlarımız kitab oxumaqdan sıxılırlar. Ona görə də intellektual müzakirələrdə bir az zəif olurlar. Amma dava var desən Ayrancıdan Kızılaya qaçıb gələcəklər !
Z
redaktə- Zalım Əzrayıl olsa belə, mən həmişə həqiqəti saxlayacağam. Müqəddəs hallarda ölüm belə gözəldir.