Məhəbbət üç il yaşayır
Məhəbbət üç il yaşayır — Frederik Beqbederin əsəri.
Məhəbbət üç il yaşayır | |
---|---|
L'amour dure trois ans | |
Müəllif | Frederik Beqbeder |
Orijinal dili | fransız dili |
Nəşr ili | 16 aprel 1997 |
Nəşriyyat | Éditions Grasset |
Əvvəlki | Holidays in a Coma |
Sonrakı | 99 Frank |
Əsərdən seçmələr
redaktəA | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arvadın sənə rəfiqə olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.
B
redaktə- Bizim doğulduğumuz cəmiyyət eqoizm üzərində qurulub. Biz tənhalıq cəmiyyətində yaşayırıq.
D
redaktə- Düşünürəmsə-deməl mövcudam, təkəmsə deməli, düşünürəm.
Ə
redaktə- Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.
- Ən güclü məhəbbət cavabsız qalanıdır.
G
redaktə- Geri qayıtmaq mümkün olmayanda məhəbbət qurtarır.
H
redaktə- Həyatımız pyes olduğu üçün maraqlı deyil, maraqlı olan orada bu qədər az iştirak edən şəxsin olmasıdır.
X
redaktə- Xoşbəxtlik – bədbəxtliyin susmasıdır.
M
redaktə- Məhəbbət- döyüşdür. Əvvəlcədə uduzulmuş döyüş.
- Məhəbbət üç il yaşayır: Birinci il deyirlər: Əgər sən getsən özümü öldürərəm. İkinci il deyirlər: Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm. Üçüncü il deyirlər: Əgər sən getsən, bunu şampanla qeyd edəcəm.
- Məhəbbət üç il yaşayır: birinci il mebel alırlar, ikinci il mebelin yerini dəyişirlər, üçüncü il mebeli bölürlər.
- Məhəbbət yeganə proqramlaşdırılmış məyusluq, əvvəlcədən bilinən yeganə bədbəxtlikdir ki, onu yenə də istəyirsən…
- Mən baxıram ki, milçək necə otağımın pəncərəsinə özünü çırpır və onun eynilə mənim kimi olduğunu düşünürəm: onunla həqiqiət arasında şüşə var.
- Mən- isti küləyə gülümsəyən tərki dünyayam.
- Mənim həyatımda hər şey təkrarlanır. Mən, sanki, təkrara proqramlaşdırılmışam, "repeat" düyməsini basanda kompakt-disk kimi.
- Mənim məhəbbətim-kiçik hərflədir, ancaq özü böyükdür.
N
redaktə- Nikah cinayətdir-çünki o sirri öldürür.
Ö
redaktə- Ölümdən qorxanlar hər şeyi bilmək istəyənlər deyil.
- Özünü əvəzolunmaz sayırsan, ancaq səni bir anda əvəz ediblər.
S
redaktə- Sarılmaz həyat arzulamaq axmaqlıqdır.
- Sevən insan sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı olmur, yazmaq lazımdır, elə hey yazmaq, öz ürəyindən qabağa qaçmaq, cümlələr uzanır, uzanır, məhəbbətin punktuasiyası yoxdur, ehtiras gözyaşları ilə süzülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən.
- Səninlə bədbəxt olmaqdansa, sənsiz bədbəxt olmaq yaxşıdır.
Y
redaktə- Yeganə yaxşı xəbər: dərddən arıqlayırlar. Heç kim bu pəhrizi reklam eləmir, ancaq o ən təsirlisidir. Arıqlamaq üçün depressiya.