Məhəmməd Füzuli

XV və XVI əsrlərdə yaşamış azərbaycanlı şair

Məhəmməd Füzuli (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman; 1494, Kərbəla – 1556, Kərbəla) — orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Məhəmməd Füzuli
Doğum tarixi 1494
Doğum yeri Ağqoyunlu dövləti
Vəfat tarixi 1556
Vəfat yeri Osmanlı imperiyası
Vikipediya məqaləsi
Fizulinin divanı (Azərbaycan dilində) — 1915-ci il nəşri. Azərbaycan tarixi muzeyi. (Bakı)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açılmamaış dəfinədir hər bir canın xəzinəsi,
    İnci saçan dilindədir, hər insanın xəzinəsi.
  • Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim.
  • Biz bir ruhuq iki bədəndə.
  • Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
    Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları.
  • Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da tez yıxılar.
  • Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
  • Eşq imiş hər nə var aləmdə,
    Elm bir qilu-qal imiş ancaq.
  • Eşqdir hər iki dünyaya ziynət,
    Eşq ilə dolanır bütün təbiət.
    Eşqsiz məqsədə yetişmək olmaz,
    Eşq ilə tapılar düzlük, həqiqət.
  • Ey Füzulu, mən qənaət mülkünün sultanıyam,
    Səltənət isbatı əynimdə palasi-fəqir bəs.
  • Dil gülünc etməsin deyə insanı,
    İnsan ağzı oımuş dilin zindanı.
  • Dünya hər kəsin öz malını satdığı bir bazardır.
  • Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
    Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.
  • Gər dersə Füzuli ki, "gözəllərdə vəfa var",
    Aldanma ki, şair sözü, əlbəttə, yalandır.[2]
  • Hakim oldur ki, onun olmaya felində riya.
  • Hər cins öz həmcinsinə meyil edər.
  • Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər.
  • İlahi feyzdən bir xəzinədir söz.
  • Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır.
  • Məndən, Füzuli, istəmə əşar-mədhü-zəmm,
    Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
  • Nə qədər ki, meyvə yetişməmişdi, tamsız idi… elə ki, kamil oldu, ağacla müxalifətə başladı. Bu müxalifət ondakı rəng və qoxu idi. Meyvədəki rəng və qoxu ağacda yox idi. Əlbəttə ki, meyvənin lətafəti və gözəlliyi ağacdan artıqdır, o, ağacdan incədir… . Ey ağıllı və nüktəbin oğul! İndi sən bu sözlərdən məqsədimi başa düş. Həqiqət aləminə yaxşı baxsan meyvə sənsən, ağac mənəm, dünya bağdır.
  • Söz mənadan asılıdır, məna sözdən hər zaman,
    Bir — birindən asılıdır, necə ki cism ilə can.
  • Söz sərrafı heç bilirsən nə biliklə ucalıbdır,
    Davud gözəl səsi ilə deyil, nəbiliklə ucalıbdır.
  • Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da,
    Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da.
  • Sözün, şeirin qiyməti onun düzlüyündədir.
  • Yalan ilə qurulan yuvanın səadəti də yalandır.[3]

Mənbə

redaktə
  • Ağıla və qəlbə işöq saçan sözlər. Bakı,2014

İstinadlar

redaktə
  1. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (azərb.). nk.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,
  3. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,