Məmməd Səid Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Qafqaz canişinliyi – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946-1948), "Dumanlı Təbriz" (1933-1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Ana! Dünyada sənin müqəddəsliyini təmin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır.
C redaktə
- Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandırlar.
D redaktə
- Dolama yollarla gedənlər həqiqətə çox gec çatırlar.
H redaktə
- Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
- Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.
İ redaktə
- İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.