Bir evin gözəlliyi rahatlıqdır. Bir evin sevinci sevgidir. Bir evin zənginliyi uşaqdır. Bir evin qanunu xidmətdir. Bir evin rifahı məmnun olan könüllərdir.[1]Henri Teylor
Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
Fikirlərimiz kəskinləşəndə, danışığımız aqressiv, hərəkətlərimiz zorakı olanda isə başqaları bizi görəndə özlərini narahat hiss etməyə və bizi görməzdən gəlməyə başlayırlar. Demək istədiyimiz şeylə maraqlanmırlar, biz onlarla danışmağa çalışanda arxalarını çevirirlər. Bizdən necə məmnun ola, varlığımızdan necə xoşbəxt ola bilərlər axı? Və belə bir həyat çətin deyilmi? Dalay Lama
Kiməsə yaxşılıq etməyə çalış. Çox keçmədən onun məmnuniyyətlə parlayan üzündən necə iyrəndiyini görəcəksən. Çezare Paveze
Kimsə başqalarını incitməyi sevirsə, insana səmimi sevinc bəxş etdiyi anda insanın mənəvi istilik hissindən nə dərəcədə məmnun olduğunu bilmir. Əli Abşeroni
Qəzəbi unudun. Belə ki, qəzəbdən irəli gələn məmnuniyyət bir neçə dəqiqədən sonra keçir. Nəticələr isə daha uzun davam edə bilər. Duyğularınızı dinləyin və qəzəb keçirdikdə, əks istiqamətdə bir addım atın. Barie Davenport
Mən məmnuniyyətlə bütün bu topları, onlarla bağlı hər şeyi cəhənnəmə göndərərdim. Cəhənnəm, onların saxlanması və sınaqdan keçirilməsi üçün ən yaxşı yerdir. Alfred Nobel
Obyektlərin köməyi ilə status qazanmağa çalışmaqdansa (hansı ki, müvəqqəti yüksəliş gətirir), onu təcrübə ilə artırın. Parisə getmək, yeni şkaf almaqdan daha yaxşı seçimdir. Araşdırmalar sübut edir ki, belə seçimlər həyatdan aldığımız məmnuniyyət səviyyəsini daha da qaldırır. Culian Smit
Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis