Mənim payımPərinuş Səniinin bu avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Mənim payım

Əsərdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlənirsən.
  • Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa.
  • Bəlkə ən sədaqətli və pak hiss elə bu idi. Tükənməz bir eşq idi qəlbimdəki. Çox ər tapmaq olar. İtə daş atırsan, ərə dəyir.
  • Bir qız nəsə eləmək istəsə, onu zəncirlə də bağlasan, öz işini görəcək. Hər maneədən qaçacaq. Adamın gərək içində sərhədlər ola.
  • Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunlann hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
  • Birinci dəfə idi ki, ölmək arzusundan peşman idim. Həyat o qədər gözəl idi ki, bütün dünyanı öpmək istəyirdim.
  • Bu elə də çətin deyil, təklik çətindi. Pərvanə, bilmirsən, nə qədər təkəm. Bütün günü məşğulam, bir dəqiqə də vaxtım yoxdur, amma təkliyi bütün vücudumla hiss edirəm.
  • Bu gün dünəndən də çox sevirdim onu. Bundan böyük eşq ola bilməz, deyirdim. Amma sabah hiss edirdim ki, bu gün dünənkindən də əzizdir.
  • Çox əsəbi idim, amma onun gəlməyinə sevinirdim. İtirdiyi uşağı tapanda onu vurub sonra qucaqlayan ana kimi idim.
  • Çox yorğun idim. Tənhalığımın yükü ağırlaşmışdı.
  • Çünki inanırdım, birlikdə ölmək ən gözəl ölümdür.
  • Deyirdi, uşağı olmadığına görə boşayıb arvadlarını. Bu dəfə istəyir gənc xanımı olsun ki, uşaq doğsun. Axmaq hətta fikirləşmirdi ki, problem özündə ola bilər. Axı kişilərin eybi ola bilməzdi. O da ki pullu kişi ola.
  • Düşmənlərin tənəsindən qorxum yox, Məni dostların rəhminə möhtac eləmə.
  • Heç kimə buna görə təşəkkür etmə. Adam düz olduğunu fikirləşdiyi hər şeyi etməlidir. Həyat yoldaşının vəzifəsi bu deyil ki, sənin işinə mane olsun. Əksinə, o, sənin arxanda dayanmalıdır.
  • Hələ özümə icazə verməmişəm ki, sizin adınızı kağıza yazım. Lakin qəlbimdə min dəfə adınızı bağırmışam.
  • Həmişə ümidim var idi ki, heç olmasa, o, xoşbəxtdir. Amma belə görünürdü ki, o, məndən də təkdir.
  • Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
  • Hətta nifrət hissim də yox idi. Elə bil ürəyim bir buz tikəsi kimi nəzm və az sürətlə çırpmırdı. Fikirləşirdim, görəsən, bu dünyada bir dəfə də nəsə məni sevindirəcəkmi?
  • Həyat sözdən başqa bir şey deyildi. Ya ölüm arzusu, ya arzu ölümü.
  • Kaş həmişə yuxuda yaşaya biləydim.
  • İçimdə elə bir istilik var idi ki, heç soyuq hiss etmirdim.
  • İnsanın əlində itirməyə heç nəyi qalmadığını fikirləşəndə küfr edir.
  • Mən də yuxularımdan, qorxu və həyəcanlarımdan gələcəkdən danışırdım. Birdən ondan başqa adamla evlənməyə məcbur olmaq qorxumdan danışırdım.
  • Mən uşağımın qəhrəman olmağını istəmirəm. İstəyirəm ki, xoşbəxt olsun, vəssalam.
  • Mənə görə nigarandı, darıxıb! Mən necə də xoşbəxtəm.
  • O gün şad-xürrəm, gülməyə heç bir məntiqi səbəb yox idi, amma mən xoşbəxt idim.
  • Onu fikirləşməmək üçün çox çalışmışam. Onu görəndə ürəyim çırpınmasın, üzüm qızarmasın istəmişəm, amma qarşısını ala bilməmişəm.
  • Onu görməklə elə bil arxa tapdım. Gücləndim. Doğrudan da, belə anlarda ər qadın üçün ən güclü arxadır sevməsə də, mehriban olmasalar da.
  • Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır.
  • Sən gərək zorla haqqını tələb eləyərdin! Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən.
  • Səndə günah yoxdu. Beynini yuyublar. Bu işlərin xalqa heç bir xeyri yoxdur. Bu inam səni başqalarından asılı edir. Bunları səni qorxutmaq üçün fikirləşiblər ki, hər nə var, ona qane olasan. Olmayan şeyləri tələb eləməyəsən. Bu ümidlə yaşayasan ki, o biri dünyada bunları sənə verəcəklər. Sənin o şeylərə etiqadın var ki, onlar səni istismar etməkdən ötrü yaranıb. Xurafat budu.
  • "Tarix boyu ən çox əziyyət çəkmiş insanlar – qadınlardır" cümləsi zehnimdə həkk olundu.
  • Uşaqlıqdan mənim üçün alınıb yığılan cehizin ortasında dayanmışdım. Mətbəx əşyaları, yataq otağının avadanlığı – mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey – ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi.
  • Ya gərək yazasan, ya da danışasan. Ömrünüzün axırına kimi işarəylə danışmayacaqsınız ki?!
  • Zorakılıq həmişə kötək, dava, işgəncəylə olmur. Bəzi vaxtlar da eşq, məhəbbətin köməyi ilə zorakılıq eləmək olur.

İstinadlar

redaktə